Çita yarımadası () — Yaponiyanın Aiçi prefekturası ərazisində yerləşir. Honşu adasının mərkəzi hissəsində Sakit okeanının sahillərində qərar tutur. Şimaldan cənuba doğru uzanır və İse körfəzinin şərq sahillərini təşkil edir. Uzunluğu 40 km, eni 5–14 km təşkil edir. İse və Mikava körfəzlərini ayırır. Relyefi təpəlidir. Şimalda 40 m, mərkəzdə 70 m, cənubda isə 90–100 m təşkil edir. İllik orta temperatur 15 °C-dir. İllik yağıntının miqdarı 1500 mm-dir. Yaşayış məntəqələri əsasən sahil zolağında yerləşir. Yarımadadan qərbdə yerləşən süni adada Cubu beynəlxalq hava limanı yerləşir.
Ədəbiyyat Коваленко А. "Самурайские хроники. Ода Нобунага ". — К.: Дух и буква (издательство), 2013. — 960 с. с ил. ISBN 978-966-378-293-5 — С. 836.
Kateqoriya:Yaponiya yarımadaları Kateqoriya:Ayçi prefekturasının relyefi