Tikbalanq (həmçinin Tiqbalanq, Tiqbalan, Tikbalan və Tikbolan) — Filippin folklorunda məxluq. Tikbalanq uzunboylu, qeyri-mütənasib şəkildə uzun ayaqlara və at başına malikdir.
Mənşə Tikbalanq personajının yaradılması e.ə. II minilliyə təsadüf edir. Məxluğun formalaşmasına Hinduizm dini çox böyük təsir göstərmişdir. Regionun qədim yerliləri monoteistik və animistik bir dinə inanırdı. Məxluq avropalılar tərəfindən ilk dəfə 1589-cu ildə, İspaniyanın regionda yürütdüyü müstəmləkəçilik siyasətinin ilk günlərində Xuan Deplasensiya tərəfindən qeydə alınmışdır. Hinduizm dini e.ə. 3000-ci ildə, indiki Hindistanda yaranmış, 200-cü illərdə isə Cənub-Şərqi Asiyaya yayılmışdır. Tikbalanqın formalaşmasında Hindu tanrısı Vişnunun avatarı Hayaqriva çox böyük təsir göstərmişdir.
Məskunlaşma Tikbalanq ümumiyyətcə qaranlıq meşələrdə, az əhaliyə malik yerlərdə yaşayır. Yerli əfsanələrə görə, Tikbalanq Benqal ənciri və Sterkuliya ağaclarının üzərində yatır.
Mənbə İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
Kateqoriya:Mifik atlar Kateqoriya:Filippin mifologiyası Kateqoriya:Heyvan ruhları Kateqoriya:Mifik hibridlər