Tilo Kehrer () — Liqa 1 təmsilçilərindən olan Pari Sen-Jermen klubunda müdafiəçi kimi çıxış edən peşəkar Almaniya futbolçusu.

Klub karyerası Kehrer Şalke 04 akademiyası vasitəsilə inkişaf etmişdir. O, Bundesliqada debütünü 6 fevral 2015-ci ildə Volfsburq klubuna qarşı oyunda etmiş və komandası rəqibinə 3–0 hesabı ilə qalib gəlmişdir. O, karyerasında ilk qolunu 1 aprel 2017-ci ildə Borussiya Dortmund klubuna qarşı derbi oyununda vurmuş və komandası rəqibi ilə 1–1 hesabı ilə bərabərə qalmışdır.

5 may 2018-ci ildə Kehrer dublla yadda qalmış və Şalke 04 klubu Bundesliqanın 2017–18 mövsümünü ikinci yerdə başa vurmuşdur. Klub 2018–19 mövsümündə UEFA Çempionlar Liqasında çıxış etmək hüququ əldə etmişdir.

16 avqust 2018-ci ildə Kehrer 37 milyon avro qarşılığında Liqa 1 təmsilçilərindən olan Pari Sen-Jermen klubu ilə müqavilə imzalamışdır.

Milli karyerası Kehrer Almaniya millisinin müxtəlif yaş qruplarında çıxış etmişdir. Tilo 2017-ci ildə Almaniya U-21 millisi ilə Avropa çempionatında çempion olmuşdur. O, Kosovo, Azərbaycan və İsrail millilərinə qarşı oyunda millinin kapitanı olmuşdur.

Şəxsi həyatı Kehrer Almaniyada anadan olmuşdur. Onun atası Almaniya, anası isə Burundi vətəndaşıdır.

Karyera statistikası

KlubMövsümLiqaKubokAvropaÜmumiLiqaOyunQolOyunQolOyunQolOyunQol Şalke 042015–16 Bundesliqa100000102016–1716110802512017–182735000323Ümumi karyera4446080584

Uğurları Almaniya UEFA Avropa U-21 Çempionatı: 2017

İstinadlar

Xarici keçidlər

Kehrer Kehrer Kehrer Kehrer Kehrer Kateqoriya:Regionalliqa futbolçuları Kateqoriya:Bundesliqa futbolçuları Kateqoriya:Almaniyanın kişi futbolçuları Kateqoriya:Fransa Liqa 1 futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:Legioner Almaniya futbolçuları Kateqoriya:Monako FK futbolçuları Kateqoriya:Almaniya milli futbol komandasının oyunçuları Kateqoriya:Almaniya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Futbol mərkəz müdafiəçiləri Kateqoriya:UEFA Konfrans Liqası qalib futbolçuları