Bozqurdların ölümü — Nihal Atsızın Maltəpədə 13 aprel 1946-cı ildə tamamladığı,Atsız, Bozkurtların Ölümü, İrfan Yayınevi, İstanbul, 1997. Göytürk xaqanlığı tarixindən bir hissəni və Kür Şad dastanından bəhs etdiyi romanıdır.

Roman tələbə olan bir qrup gəncin söhbət əsnasında içlərindən ədəbiyyatçı olanın hekayəni danışması ilə başlanır. Əsər Bozqurdlar dirilir romanının ilk hissəsi sayılır.

Mövzu Edilən müharibələr və birləşən boylar vasitəsilə Göytürklər olduqca varlanırlar, lakin Çin Tan sülaləsisakit dayanmır. Çuliq xaqanın çinli xatunu İ-Çin Xatun xaqanı zəhərləyir. Xaqanın yerinə keçən Qara xaqan da eyni qadınla evlənincə daxili toqquşmalar başlayır.

Çuluq xaqanın kiçik oğlu Kür Şad və tərəfdarlarıəvvəldən bu çinli qadına nifrət edirlər, lakin xaqana qarşı hörmətsizlik etmək törələrə görə qadağandır. Bu çinli qadının qardaşı da türklərə qarşı çinlilərə casusluq edir və türklərin əxlaqını pozmağa başlayır.

Tədricən zəifləyən Göytürklər Çinə edilən son səfərdə məğlub olub, əsir düşürlər. Uzun illər davam edən əsarətdə Çinin təzyiqlərinə baxmayaraq kimliklərini itirməyən Kür Şad və 40 tərəfdarı Çinə qarşı üsyan başladırlar.

Üsyan (Siqanfu basqını) zamanı qaçan Kür Şadın həyat yoldaşı və oğlu irəlidə qurulacaq II Göytürk xaqanlığının əsasını qoyurlar. Kür Şad və 40 əsgəri son nəfəslərinə qədər döyüşürlər və adlarını tarixə yazdırırlar. Əsərin sonunda həmin bu döyüşlərin ruhlarının Tanrı dağına çatmağı və orada digər Türk qəhrəmanları ilə qovuşmaları təsvir edilir.

Fəsillər

Birinci fəsil 621-ci ildə bir yaz gecəsi Bağatur Şad Qara Xaqan Ötükənin dəqiq nişançısı Tüng Yabqu Xaqanın elçiləri Onbaşı Səncər Kineş Yarqu Çalık Çalık iş başında Onbaşı Pars Casus Budun hirsli Hücum Şen-Kingin qəzəbi

İkinci fəsil Kıraç Ata Yüzbaşı Böğü Alp Dönüş BögüAlpın yeni yumuşu Yumru Elçilər Yolda Batı xaqanı Tünq Yabqunun əsgərləri ilə qarşılaşma Yamtarın mübahisəsi Ötükən yolunda Almıla İ-çing xatun Bozqır yasası Tulu xan Açılan tapmaca Şübhə Onbaşı Sülemiş Qaraqulan Qıtlıq Üsyan Yüzbaşı Yağmur Tanrı Türklərə qəzəblənir Məğlubiyyət Tələnin içində Son gülüş

Üçüncü fəsil Bir il sonra Can acısı və könül acısı Filosof Şen-ma Yamtar uyanır Kıraç Atanın dedikləri gercəkləşir Çin türklərin əxlaqını pozur Beş il sonra Yakarış Üsyan Son

Personajlar və ilham qaynaqları AdHaqqındaİlham qaynağıNotKür Şad(Şu Tigin), Çuluq Xaqanınn kiçik oğluAşina Cieşeşuayİşbara Alp Göytürk yüzbaşısı(Tümənbaşı olduğunda adı İşbara xan oluyor)Bögü AlpGöytürk yüzbaşısıTunqa TiginBağa TarkanPolis rəisiSəncərGöytürk onbaşısıQarabudaqEdam edilən onbaşıÜçoğulGöytürk onbaşısıYamtarGöytürk onbaşısıParsGöytürk onbaşısıSüləmişGöytürk onbaşısıArıq BukaHücumda vəfat edən onbaşıÇalıkİşbara Alpın yavəriAlmılaİşbara Alpın qızıKıraç AtaMəşhur kam (din xadimi)YumruBögü Alpın yavəriQaraqulanÇin vəliəhdinin türk əsilli yavəriŞahzadə Yiçenq XatunXatunŞahzadə Yiçenq (Şərqi Göytürk xaqanlığının xatunu (599–630))Şen-kingŞahzadə Yiçenqin qardaşıVan-zin-şanŞen-king'in yandaşıFu-linÖtükəndə yaşayan Çinli qadınÇuluq XaqanGöytürk xaqanıÇula xaqan (Şərqi Göytürk xaqanlığının xaqanı (619–620))Qara Xaqan(Bağtur Şad), Gök Türk kağanıTo-pi, İllig Xaqan (Şərqi Göytürk xaqanlığının xaqanı (620–630))Tüng Yabqu XaqanBatı xaqanTonq Yabqu xaqan (Qərbi Göytürk xaqanlığının xaqanı (619–628))Tulu xan(Yaşar Tigin), Çuluq xaqanının böyük oğluShih-po-piUrkuTulu xanın oğluHo-lo-kuŞeminÇin imperatorunun oğluLi Shimin

Həmçinin bax Nihal Atsız

İstinadlar

Kateqoriya:Türk dilində romanlar