ABŞ fentezi-dram teleserialı olan Taxt oyunlarının birinci mövsümünün premyerası 17 aprel 2011-ci ildə HBO telekanalında baş tutmuş, mövsümün final seriyası isə 19 iyun 2011-ci ildə yayımlanmışdır. Serialın birinci mövsümü 10 seriyadan, hər seriyası isə təxminən 55 dəqiqədən ibarət olmuşdur. Birinci mövsüm Corc Martin tərəfindən yazılmış "Buz və alovun nəğməsi" seriyasından ilk roman olan "Taxt oyunları" əsəri əsasında çəkilmişdir. Devid Benioff və D. B. Vays tərəfindən roman televiziyaya uyğunlaşdırılmışdır. HBO telekanalı, 2008-ci ilin noyabrında pilot seriyanı sifariş etsə də, çəkilişlərə yalnız növbəti il başlanılmışdır. Lakin, pilot seriya qeyri-qənaətbəxş hesab olunmuş və HBO serialda bəzi rolları yenidən işlədikdən sonra serialı təkrar çəkmək qərarına gəlmişdir. 2010-cu ilin martında HBO ilk mövsümün çəkilməsini sifariş etdi. 2010-cu ilin iyul ayında serialın çəkilişlərinə ilk növbədə Şimali İrlandiyanın Belfast şəhərində başlanılmış, bundan əlavə olaraq çəkilişlər Maltada davam etdirilmişdir.
Serialın hekayəsi uydurma dünyada, ilk növbədə Vesteros adlanan qitədə, daha sonra isə Esteros adlanan digər qitədə bir hekayənin meydana gəlməsi ilə orada baş verir. Serialın ilk mövsümündə zadəgan Eddard Starkın ailəsi, kralının və uzunmüddətli dostunun baş məsləhətçisi olmaq istəyən Robert Barateon diqqət mərkəzindədir. Ned, kralın əvvəlki baş məsləhətçisi Con Arrini kimin öldürüldüyünü tapmağa çalışmalı və onun ailəsini onların rəqibi Lannisterlərdən qorumalıdır. O, Lannisterlər barədə qaranlıq sirlər, onun sələfinin ölümə məruz qaldığının üstünü açır. Eyni zamanda Essosdan sürgün edilmiş keçmiş kralın oğlu Vizeris Taqaryan hələ də hesab edir ki, onun taxt-taca layiqli iddiası var.
Birinci mövsümdə serialın əsas aktyor heyətinə, Şon Bin, Mark Eddi, Piter Dinkleyc, Lina Hidi, Nikolay Koster-Valdau, Mişel Feyrli, İen Qlen daxildir. Kit Harinqton, Sofi Törner, Meysi Vilyams kimi aktyorlar personajların gənc nəsli kimi serialda rol alıblar.
Tənqidçilər serialın istehsal dəyərlərini və çəkilişini yüksək qiymətləndirmişdir. Piter Dinkleyc Tirion Lannister obrazını ifa etdiyi üçün xüsusi mükafatlara layiq görülmüşdür. Serialın ilk mövsümü "Dram serialında əlamətdar ikinci plan aktyoru" və "Əlamətdar əsas titr dizaynı" nominasiyalarında on üç Emmi mükafatından iksini qazanmışdır. Serial həmçinin "Əlamətdar dram serialı" nominasiyasına mükafata namizəd göstərilmişdir. Aktyorluqda Şon Bin və Emiliya Klark, musiqi sahəsində isə Ramin Cavadi fərdi mükafatlar qazanmışdır. ABŞ tamaşaçı auditoriyası mövsüm ərzində təqribən 33% artaraq, final seriyaları zamanı isə 2,2 milyondan 3 milyona yüksəlmişdir.
Seriyalar SerialdaNo. MövsümdəNo. Başlıq Rejissor Ssenari müəllifi Orijinal efir vaxtı ABŞ izləyiciləri(milyon)
Aktyor heyəti
Əsas heyət
Şon Bin — Eddard "Ned" Stark Mark Eddi — Robert Barateon Nikolay Koster-Valdau — Ceymi Lannister Mişel Feyrli — Keytlin Stark Lina Hidi — Serseya Lannister Emiliya Klark — Deyeneris Targaryan Iain Qlen — Corax Mormont Harri Lloyd — Vizeris Tarqaryan Kit Harinqton — Con Snou
Sofi Törner — Sansa Stark Meysi Vilyams — Arya Stark Riçard Medden — Robb Stark Alfi Allen — Teon Qreycoy Ayzek Hempsted Rayt — Bran Stark Cek Qlison — Coffri Barateon Rori MakKenn — Sandor Kliqan Piter Dinkleyc — Tirion Lannister Eydan Gillen — Petir "Çəçələ" Beyliş Ceyson Momoa — Kxal Droqo
İkinci heyət
Divarın digər tərəfində Ceyms Kosmo – Ceor Mormont Piter Von – Meyster Aemon Brayan Fortun – Otell Yarvik Cozef Moul – Bencen Stark Ouen Til – Alliser Torn Frensis Mag– – Yoren Con Bredli–Vest – Samuell Tarli Cozef Altin – Pip Mark Stenli – Qrenn Lyuk MakEvan – Rast Rob Ostlir – Veymar Roys Bronson Uebb – Uill Dermot Kini – Cared
Kral limanında Kallum Uharry – Tommen Barateon Eymi Riçardson – Mirsella Barateon Getin Entoni – Renli Barateon Culian Qlover – Böyük meyster Pitsella Konlet Hill – Varis Yan MakElni – Barristan Selmi Yan Betti – Merin Trent Devid Maykl Skott – Berik Dondarrion Finn Cons – Loras Tirell Yujen Simon – Lansel Lannister Uilko Conson – İlin Peyn Konan Stivens – Qreqor Kliqan Dominik Karter – Yanos Slint Cefferson Holl – Veylli Hyu Miltos Yerolemou – Sirio Forel Endryu Vayld – Tobho Mott Co Dempsi – Gendri Eros Vlahos – Lommi Qrinhends Ben Houki – Kökə
Şimalda Art Parkinson – Rikkon Stark Klayv Mantl – Qretcon Amber Stiven Blont – Rikkard Karstark Donald Sampter – Meyster Luvin Ron Donaşi – Rodrik Kassel Ceymi Sives – Cori Kassel Syuzan Braun – Septa Mordan Marqaret Con – Qoca dayə Kristian Nairn – Hodor Esmo Bianko – Ros Nataliya Tena as Oşa
Çaylı torpaqlarda Çarlz Dens – Tayvin Lannister Devid Bredli – Uolder Frey Yan Gelder – Kevan Lannister Cerom Flinn – Bronn Emun Elliott – Marillion Sibel Kekilli – Şaye Rodri Hoskinq – Misa
Vadidə Lino Fasioli – Robin Arrin Keyt Dikkie – Liza Arrin Mark Lyuis Cons – Şaqqa
Dənizin digər tərəfində Rocer Allam – İllirio Mopatis Dar Salim – Qoto Elyis Gabel – Raxaro Amrita Açaria – İrri Roksen MakKi – Doreya Miya Soteriou – Mirri Maz Duur
İstehsal HBO telekanalı "Buz və alovun nəğməsi" romanlar seriyasının ekranlaşdırılması hüququnu 2007-ci ildə almış və elə həmin vaxt da, Devid Benioff və D. B. Veys layihənin yazarları və icraçı prodüserləri təyin edilmişdi. Pilot seriyasının Benioff və Veys tərəfindən işlənmiş birinci və ikinci qaralama versiyaları müvafiq olaraq 2007-ci ilin avqustunda və 2008-ci ilin iyununda təqdim edilmişdir. Telekanal hər iki versiyanı bəyənsə də, pilotun çəkilişi 2008-ci ilin noyabrına kimi sifariş edilməmişdir və ehtimal ki, bunda Amerika Yazıçılar Gildiyasının 2007–2008-ci illərdə keçirdiyi etiraz aksiyaları da rol oynamışdır.
Benioff və Veys birinci mövsümün əsas yazarları və şourannerləri olmuşlar. Onlar on seriyadan səkkizinin ssenarisini yazmış, bir seriyanın ssenarisinin yazılmasında isə Ceyn Espensonla birlikdə iştirak etmişdilər. Digər iki seriya isə Brayan Koqman və "Buz və alovun nəğməsi" seriyasının müəllifi Corc Martin tərəfindən yazılmışdır.
Tom MakKarti orijinal pilot seriyasının rejissoru olsa da, sonradan həmin seriyanın əksər səhnələri Rim Van Patten tərəfindən yenidən çəkilmişdir. Van Patten həm də ikinci seriyanın rejissoru kimi çıxış etmişdir. MakKarti birinci seriyanın məsləhətçi prodüseri kimi göstərilmişdir. Brayan Kirk və Deniel Minahan hər biri üç seriyanın rejissoru olmuş, Alan Teylor isə iki final seriyasını çəkmişdir.
"Taxt oyunları" teleserialı üzərində işə başlamazdan əvvəl, həm Benioff, həm də Veys müstəsna olaraq kino sahəsində fəaliyyət göstərdiklərinə görə, televiziya şousu istehsalı prosesi ilə tanış deyildirlər. Buna görə də, onların işlədikləri ssenari, HBO üçün hər seriyada ən azı 10 dəqiqə az olmuş, telekanal müəllifləri iki həftə ərzində əlavə 100 səhifə ssenari yazmağa məcbur etmişdir. Büdcə çatışmazlığına görə, yeni səhnələr yazılarkən çəkilişin ucuz başa gəlməsi üçün, iki aktyorun bir otaqda danışması kimi ucuz səhnələr nəzərdə tutulmuşdur. Benioff və Veys deyirlər ki, buna görə də, Robert və Serseya Barateonların nikahlarını müzakirə etmələri səhnəsi kimi onların bir çox sevimli səhnələri dilemmaya səbəb olmuşdur.
Aktyor seçimi 5 may 2009-cu ildə Piter Dinkleyclə Tirion Lannister rolunu canlandırmaq, Tom MakKartinin isə pilot seriyasının rejissorluğunu etməsi üçün müqavilə bağlanması elan edilmişdir. 19 iyul 2009-cu ildə bir sıra digər aktyorların rolları təsdiq edilmiş, o cümlədən Şon Binin Ned Starkı canlandıracağı elan edilmişdir. Pilot üçün müqavilə imzalanmış aktyorlardan Kit Harinqton Con Snou, Cek Qlison Coffri Barateon, Harri Lloyd Vizeris Tarqaryan və Mark Eddi Robert Barateon rollarını ifa etmişlər.
2009-cu il avqustun əvvəllərində Keytlin Stark rolunun Cennifer Eli tərəfindən canlandırılacağı elan edildi. 20 avqustda edilmiş açıqlamadan Nikolay Koster-Valdaunun Ceymi Lannister, Tamzin Merçantın Deyeneris Tarqaryan, Riçard Meddenin Robb Stark, Iain Qlenin Ser Corax Mormont, Elfi Allenin Teon Qreycoy, Sofi Törnerin Sansa Stark və Meysi Vilyamsın Arya Stark rollarını canlandıracaqları məlum olmuşdur. 1 sentyabrda aktrisa Lina Hidinin Serseya Lannisteri canlandıracağı bildirilmişdir. 23 sentyabrda Corc Martin, Rori MakKennin Sandor Kliqanı canlandıracağını təsdiqləyir. 14 oktyabrda Ayzek Hempsted-Raytın Bran Starkı, üç gün sonra Ceyson Mamoanın Kxal Droqonu canlandıracağı bildirilir.
Pilotun çəkilməsindən sonra Keytlin Stark rolunu Cennifer Elinin yerinə Mişel Feyrlinin canlandıracağı bildirilir. Daha sonra isə Emiliya Kların, Tamzin Merçantın yerinə Deyeneris Tarqaryanı canlandıracağı deyilir. Aktyor heyətinin digər hissəsi ilin ikinci yarısında elan edilir, o cümlədən Çarlz Densin Tayvin Lannister, Eyden Gillenin Petir "Çəçələ" Beyliş və Konlet Hillin Varisi canlandıracağı xəbər verilir.
Çəkilişlər 250px|thumb|right|Pilot seriyasında və sonradan birinci mövsümün digər seriyalarında da Vinterfell səhnələri Şotlandiyadakı tarixi Dun qəsrində çəkilmişdir. Pilot seriyasının çəkilişləri 24 oktyabr — 19 noyabr 2009-cu ildə Tom MakKarti tərəfindən Şimali İrlandiya, Şotlandiya və Mərakeşdə həyata keçirilmişdir. Lakin, pilot seriyası bəyənilməmiş və həmin seriyanın əksər səhnələri sonradan başqa rejissor tərəfindən Şimali İrlandiya və Maltada yenidən çəkilmişdir.
Birinci mövsümün əsas çəkilişləri Şimali İrlandiyada və İrlandiya Respublikasının sərhəd əyalətlərində həyata keçirilmişdir. Plan üzrə əsas çəkilişlər 26 iyul 2010-cu ildə başladılmış, əsas studiya olaraq Şimali İrlandiyanın Belfast şəhərinin Titanik məhəlləsində yerləşən "Paint Hall Studio" seçilmişdir. 2009-cu ildə əsas Vinterfell səhnələri, o cümlədən böyük zal səhnəsi (böyük zal sonradan Şimali irlandiyada səs saundsteyc kimi yenidən qurulmuşdur) mərkəzi Şotlandiyadakı Dun qəsrində çəkilmişdir. Bundan əlavə Şimali İrlandiya ərazisindəki Larn şəhərinin Karnkasl kəndində, Şeyn qəsrində və Tollimor Meşə Parkında da çəkilişlər aparılmışdır. 2010-cu il çəkilişləri zamanı Vinterfell səhnələri Dun qəsri ilə yanaşı Uard qəsrində də həyata keçirilmiş, bəzi eksteryer səhnələrinin çəkilməsi üçün isə Karnkasl kəndi istifadə edilmişdir. Qara qəsr dekorasiyası Şimali irlandiyanın Antrim qraflığının Maqeramorn kəndində qurulmuşdur. Şounun çəkilişlərinin Şimali İrlandiyada həyata keçirilməsi ölkədə yüzlərlə yeni iş yerinin yaranmasına səbəb olmuş və ərazini "film və televiziya istehsalı üçün mərkəz" halına gətirmişdir.
Kral limanının eksteryer səhnələri Maltanın müxtəlif ərazilərində, o cümlədən Mdina şəhəri və Qozo adasında çəkilmişdir. Müdafiə olunan ekosistemə submüqaviləçi tərəfindən zərər yetirilməsindən sonra, Maltadakı çəkilişlər qalmaqalla yekunlaşdırılmışdır.
Musiqi
Taxt oyunlarının orijinal film musiqisinin bəstəkar Stiven Uorbek tərəfindən yazılması planlaşdırılmışdı. 2 fevral 2011-ci ildə, serialın premyerasına cəmi 10 həftə qalmış telekanal Uorbekin layihədən uzaqlaşdığını və Ramin Cavadiyə film musiqisinin yazılmasının sifariş edildiyini elan edir. Taxt oyunlarının musiqi supervayzeri Evyen Klin əvvəlcə Cavadinin namizədliyini Benioff və Veysə təklif etsə də, bəstəkar, başqa sifarişləri olduğuna görə iş üçün o qədər də həvəsli görünmür, lakin, sonradan onu razı salmaq mümkün olur.
Cavadinin sözlərinə görə, seriala özünəməxsus musiqi identikliyi bəxş etmək üçün, prodüserlər ondan digər məşhur fentezi layihələrinin uğurla istifadə etdiyi fleyta kimi musiqi alətləri və ya solo vokal partiyaları yazmamağı xahiş etmişdilər. Cavadinin sözlərinə görə, serial üçün musiqi yazılmasına çətinlik törədən əsasə səbəblərdən biri dialoqların çoxluğu ilə əlaqədar idi; belə ki, bəzi səhnələrdə artıq ifasına başlanılmış musiqi parçası dialoqa mane olmamaq üçün qəfildən kəsilməli idi.