Federasiya (kompleks) () — Moskva Beynəlxalq Biznes Mərkəzində - Moskvada tikilmiş çoxmərtəbəli binaların kompleksidir. Şərq () göydələni Sankt-Peterburqdakı Laxta Mərkəzindən sonra Avropanın ikinci ən yüksək tikilisi hesab edilir. Memarlıq layihəsi Sergey Çoban və Peter Şveger ilə birlikdə hazırlanmışdır.

Şərq qülləsi - 95 mərtəbəli göydələn. 2014-cü il noyabrın 25-də bu tikilinin ən yüksək göstəricisi 343 metrə çatdıqda Rusiyanın və Avropanın ən yüksək binası oldu. Monolitik çərçivənin tikintisi 9 dekabr 2014-cü ildə başa çatdırılmışdır.

2015-ci ilin sonunda mühəndislik və şüşə işləri tamamlanır, tikinti tam olaraq isə 15 noyabr 2017-ci ildə başa çatmışdır. 2017-ci ildə Federasiya kompleksinin hündürlüyü 374 metrə çatmışdır.

"Şərq" () qülləsi Yüksək mərtəbəli binalar və şəhərsalma üzrə Beynəlxalq Şuranın qərarına əsasən Avropanın ən yüksək göydələni kimi tanındı, lakin Sankt-Peterburqda Laxta-mərkəzi qülləsi (462 metr) tikildikdən sonra "Şərq" () qülləsi ikinci ən yüksək tikili hesab edildi..

Qərb qülləsi - 63 mərtəbəli bir tikili. Göydələnin hündürlüyü 242,4 metrdir.

Qərb () qülləsinin ümumi sahəsi 442 915,2 kvadratmetrdir. Federasiya kompleksi ofis və mənzillərdən ibarətdir. Tikinti müddəti

Həmçinin bax Laxta-mərkəz Ən hündür binaların siyahısı Oko (Moskva) İstinadlar

Xarici keçidlər

Rəsmi sayt Rəsmi inkişaf səhifəsi

Kateqoriya:Göydələnlər