() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Növün arealı Qərbi Elbrusdan Teberda çayının vadisinədək olan əraziləri əhatə edir.
Botaniki xarakteristikası Cinnamomea DC. seksiyasına daxil olub, R.sosnovskiana Tamamsch. və R.roopaei Lonaez. növlərinə yaxındır. Hündürlüyü 2–3 m-ə çatan, budaqları açıq-qəhvəyi rəngdə olan kol bitkisidir. Gövdəsində qalın iynələri vardır. Yarpaqları ellipsvari, uzunluğu 3,7 sm uzunluğunda, 2,6 sm enində, üst hissədən yaşıl, çılpaq, alt hissədən ağımtıl-yaşıldır. Çəçəkləri çəhrayıdır. Çiçək saplağı hamar, çılpaqdir. Meyvə yumru, yetişdikdə hamar və tünd-qəhvəyi rəngdədir. Çiçəkləmə, meyvə əmələ gətirmə dövrü may-iyun aylarına təsadüf edir.
Ekologiyası Su və rütubətsevən bitkidir. Soyuğa davamlıdır. Yaxşı drenajlı torpağa, günəşli yerə üstünlük verir. Quru, daşlıq yamaclarda, kolluqlarda, dağlıq, çəmənlik terraslarda bitir.
Azərbaycanda yayılması Naxçıvan MR-da və Böyük Qafqazda yayılmışdır.
İstifadəsi Yaşıllaşdırmada rast gəlinmir. Müxtəlif xəstəliklərin müalicəsində yarpaq və çiçəklərindən alınan ekstraktlarda istifadə olunur.
İstinadlar
Həmçinin bax