"Xosrov və Şirin" (خسرو و شيرين Xusrau o Şīrīn) (1180) — Nizami Gəncəvinin "Xəmsə" toplusuna daxil olan ikinci poemadır. Əsər 1180-ci ildə fars dilində yazılmışdır. Nizami bu əsəri Atabəy Məhəmməd Cahan Pəhləvana (1173–1186) ithaf etmişdir. Əsərdə Cahan Pəhləvandan başqa, III Toğrul (1178–1194) və Qızıl Arslanın (1186–1191) da adları çəkilir.
Əsərin süjetinin əsasında Sasani şahı II Xosrov Pərviz (590–628) və onun həyat yoldaşlarından biri olan Şirin haqqında şərqdə geniş yayılmış "Xosrov və Şirin" əfsanəsi durur. Hələ Nizamidən çox qabaq "Xosrov və Şirin" dastanını ilk dəfə Firdovsi (X əsr) "Şahnamə"nin tərkibində nəzmə çəkmişdir. Lakin Firdovsi əsərinin içində epizodik bir səhnə yaratmaqla "Xosrov və Şirin" dastanına yüngülcə toxunmuşdur. Bu mövzunu geniş planda işləməyi Nizami Gəncəvi öz öhdəsinə götürmüş və ilk dəfə "Xosrov və Şirin" mövzusunda məsnəvi yazmışdır. Bəzi tədqiqatçıların fikrincə isə Nizami Gəncəvi "Xosrov və Şirin"i Fəxrəddin Əsəd Gurganinin "Veys və Ramin" poemasının müstəqim təsiri altında yazmışdır.Müctəba Meynəvi, Vis və Ramin, "Söz" dərgisi, 6-cı il,nömrə 1, ; Fəxrəddin Əsəd Gurgani, Vis və Ramin Məhəmməd Cəfər Məhcubun səyi ilə, müqəddimə, 1959Dick Davis (January 6, 2005), "Vis o Rāmin", in: İranika Ensiklopediyası Online Edition. Accessed on 01 iyun 2014.
Qısa müddət ərzində məşhurlaşmış əsərin müxtəlif dövrlərə aid onlarla əlyazmaları dünyanın müxtəlif muzey və kitabxanalarında saxlanılmaqdadır. "Xosrov və Şirin" poeması Nizamidən sonra yetişən şair nəslinin formalaşmasına ciddi təsir göstərmiş, müxtəlif şərq ölkələrindən olan onlarla şair bu əsərə nəzirələr yazmışlar.
Məzmunu
Hadisələr Xosrovun doğulması və təhsilinin təsviri ilə başlayır. Bundan sonra Xosrovun kəndçinin evində əylənməsi və atası tərəfindən bu hərəkətinə görə danlanması təsvir edilir. Xosrov üzr istəyir və tövbə edir. Şah IV Hörmüz oğlunu bağışlayır. Həmin gecə Xosrov yuxuda babası Ənuşirəvanı görür və Ənuşirəvan ona Şirin adlı arvad, Şəbdiz adlı at, Barbəd adlı musiqiçi və şahlıq haqqında xoş xəbər verir.
Xosrovun yaxın dostu olan rəssam Şapur, şahzadəyə "Dərbənd dənizindən Arran və Ərmənə qədər ərazilərin"Nizami Gəncəvi _ Xosrov və Şirin, Bakı, 2006, səh. 89 hökmdarı Məhinbanu və onun gözəllər gözəli qardaşı qızı Şirindən bəhs edir. Şapurun təsvirini eşidən Xosrov görüşmədən şahzadə Şirinə vurulur. Şapur Şirini axtarmaq üçün Ərmənə yola düşür. Şirini tapdıqdan sonra Şapur, Xosrovun şəklini ona göstərir. Şirin Xosrova vurulur və Şapura qoşularaq Sasanilərin paytaxtı Mədainə qaçır. Həmin dövrdə atasının qəzəbindən qorunmaq istəyən Xosrov da Ərmənə qaçır və Şirini axtarmağa başlayır.
Yolda Xosrov, çayda saçlarını yuyan çılpaq Şirini görür; Şirin də onu görür; lakin, Xosrov kəndli paltarı geyindiyindən, onlar tanış olmurlar. Xosrov Arrana çatır və hökmdar Məhinbanu ləqəbli Samira tərəfindən şahlara layiq tərzdə qarşılanır, həmçinin Şirinin Mədainə qaçdığını da öyrənir. Yenidən Şapur Şirini gətirmək üçün göndərilir. Şirin yenidən Aranzəminə çatdıqda, atasının ölümü səbəbiylə Xosrov Mədainə qayıtmalı olur. Xosrov Bəhram Çubin tərəfindən taxtdan devrildikdən sonra Ərmənə qaçır. left|thumb|240px|Fərhadın çəkdiyi süd arxını Şirinə təqdim etməsi, təxm. 1610-cu illər, Moğol məktəbi, Britaniya muzeyi. Burada Xosrov nəhayət ki, Şirinlə görüşür. Lakin, Şirin Xosrova ərə getməyə razı olmur və ilk öncə taxtını geri qaytarmağı tələb edir. Bundan sonra Şirini Aranzəmində qoyan Xosrov Konstantinopola gedir. Bizans qeysəri, qızı Məryəmlə evlənəcəyi təqdirdə Bəhram Çubinə qarşı müharibədə Xosrova kömək edəcəyini bildirir. Həmçinin, Xosrov, Məryəmin sağ olduğu müddətdə başqa bir qadınla evlənməyəcəyinə də söz verməyə məcbur olur. Bundan sonra düşmənlərini məğlub edən Xosrov yenidən Sasani taxtını əldə edir. Qısqanc Məryəm, Xosrovu Şirindən ayrı salır.
Həmin dövrdə Şirinə aşiq olan Fərhad adlı heykəltaraş eşq meydanında Xosrova rəqib çıxır. Fərhadla bacara bilməyəcəyini anlayan Xosrov ona mümkün olmayan bir iş – Bisütun dağını yarıb yol çəkməyi tapşırır. Fərhad işi tamamladığı təqdirdə Xosrovun ona Şirinlə evlənməyə icazə verəcəyi ümidi ilə işə başlayır. Lakin, bir müddət sonra Xosrov Fərhadın yanına elçi göndərərək, Şirinin saxta ölüm xəbərini verir. Şirinin ölüm xəbərini eşidən Fərhad, özünü dağdan atır və ölür. Şirinə məktub yazan Xosrov, Fərhadın ölümünə görə başsağlığı verir. Bu hadisədən bir meddət sonra Məryəm də ölür və Şirin Xosrovun başsağlığı məktubuna başsağlığı məktubu ilə cavab verməli olur.
Bundan sonra, Xosrov Şirinlə nikahsız əlaqəyə girməyə cəhd etsə də, Şirin bundan qəti şəkildə imtina edir. Xosrov, Şapurun məsləhəti ilə İsfahana gedir və burada Şəkər adlı bir qadınla yaxınlıq edir. Lakin bir müddət sonra, Xosrov Şəkərdən bezir və Qəsri Şirinə yola düşərək Şirini görmək istəyir. Lakin, Xosrovun sərxoş olduğunu görən Şirin onu qalaya buraxmır. Şirin, Şəkərlə yaxınlığına görə Xosrovu məzəmmət edir. Xosrov üzgün halda öz sarayına qayıdır.
Bir müddət sonra, Şirin, Xosrova ərə getəyə razılaşır. Lakin bu zaman, Xosrovun Məryəmdən olan oğlu II Qubad da Şirinə aşiq olur. Evlilikdən sonra II Qubad atası Xosrov Pərvizi öldürür və Şirinə xəbər göndərir ki, bir həftə sonra onunla evlənməlidi. Şirin bir şərtlə razılaşır ki, Qubad Xosrov üçün layiqli dəfn mərasimi təşkil etsin. Qubad elə də edir, lakin dəfn zamanı, Qubada ərə getməmək üçün Şirin, Xosrovun məzarı başında özünü öldürür. Xosrov və Şirin bir məzarda dəfn olunur.
Əsas personajlar
Xosrov right|thumb|200px|Sərxoş Xosrovun Qəsri Şirinə gəlməsi, XVII əsr, Təbriz məktəbi, Frir Sənət Qalereyası.
Əsərin əsas qəhrəmanlarından biri Sasani şahı Xosrov Pərvizdir. Nizami Xosrovun tarixdə nə kimi mövqe tutmasından söz açmamışdır. O, Xosrovla Şirinin məhəbbət hekayəsi ətrafında cərəyan edən hadisələrə geniş yer vermişdir.
Şair, Xosrov və Şirin surətləri ilə əsasən iki müxtəlif səciyyəli insanın geniş obrazını vermişdir. Xosrov zahirən, mənşəcə diqqətə layiq olsa da, mənəviyyatca çox yoxsuldur, hərdəmxəyaldır, məhəbbət aləminə biganə, zövq və səfa düşkünü olan laübalı bir şahzadədir. left|thumb|200px|Mirzə Əli — Xosrovun Barbedin musiqisini dinləməsi, 1539–1543, Təbriz məktəbi, Britaniya kitabxanası. O, ilk dəfə könlünü Şirinə vermiş olsa da, uşaq kimi şıltaqlıq edir və eşqinə sadiq qalmır; Mədaindən qaçıb Azərbaycana gəldiyi dövrdə belə, Şirindən kam alaraq, onunla ötəri eşq yaşamaq fikrinə düşür. Məqsədinə nail ola bilmədiyinə görə, küsüb Ruma gedir, orada həyatı qədər sevdiyi gözəl Şirini yaddan çıxarıb Rum qeysərinin qızı Məryəmlə evlənir. İrana qayıdıb, taxta çıxdıqdan sonra isə Şirini unudur. Xosrov ilk sevgisi, bağladığı əhd-peyman xatirinə hökmdarlığını buraxıb, onun ardınca Mədainə gəlib çıxan Şirinlə çox ədalətsiz rəftar edir. Məryəmin qorxusundan nəinki Şirinin görüşünə getmir, hətta uzun müddət ona məktub da yazmır. Məryəmdən doyduqdan sonra isə yenidən Şirin yada düşür. Xosrov Şapur vasitəsiylə Şirinə təsir göstərməyə çalışır. Lakin, şirin yenidən şahın leybeyin təklifini rədd edir.
Məryəm öldükdən sonra, Şirinin arxasınca gələn Xosrov, burada yenidən Şirinə layiq olmadığını göstərir. Bu dəfə Şirinə təzyiq göstərmək üçün, Xosrov gedib isfahanlı Şəkərlə evlənir, keçmişi naməlum olan bir qadını, nəcib və sınaqlardan çıxmış Şirindən üstün tutur. Müəyyən müddət Şəkərlə kef sürdükdən sonra Xosrov ondan da doyur və yenidən könlünə Şirin düşür.
Şirinlə evlənib, onu ölkənin məlaikəsi elan etdikdən sonra Xosrovun davranış və siyasətində dəyişiklik əmələ gəlməyə başlayır. Şirin onu xalqın qayğısına qalmağa, ölkəni abadlaşdırmağa sövq edir, keçmişdə kef məclisləri mərkəzi olan şah sarayı elm və mərifət ocağına çevrilir. Şah getdikcə dəyişir, şirini həddindən artıq sevir və ömrünün axırlarına yaxın onun qədrini layiqincə bilməyə başlayır.
Xosrov anadan olduğu gündən dövrün ən yüksək mühit və şəraitində böyümüş, saray naz-neməti içərisinə yaşamışdır. Dövrün bütün imkanları onun inkişafına xidmət etmişdir. Büzürgümid kimi alim və filosoflar, zəmanəsinin ən görkəmli elmi, hərbi və siyasi xadimləri Xosrovun təlim və tərbiyəsi ilə xüsusilə məşğul olmuş, ona ölkəni necə idarə etmək, məclis və meydanda özünü necə aparmaq qaydalarını öyrətmiş, şahzadəni hökmdar kimi tərbiyə etmişlər. Onun zahiri gözəlliyi də ilk növbədə bir qədər uğur qazanmasına kömək etmişdir. Lakin daxili aləminin çirkin, mənəviyyatının miskin və son dərəcə yoxsul olmasını hadisələrin özü büruzə verib, Xosrovun şəxsiyyətini, həqiqi simasını açıb göstərir.Q. Beqdeli – Şərq ədəbiyyatında Xosrov və Şirin mövzusu, Bakı, Elm, 1970, səh. 76
Xosrov özünüsevən bir hökmdar idi, elə düşünürdü ki, dünyada hər şey təkcə onun rifahı arzularının yerinə yetirilməsi üçün yaradılmışdır.Низами – Хосров и Ширин, Предисловие М. Кулизаде, Баку, 1955, стр. 20
Şirin right|thumb|200px|Şirin çimərkən, 1636, İsfahan məktəbi, AMEA Əlyazmalar İnstitutu, Bakı. thumb|right|200px|Xosrovun çimən Şirini görməsi, təxm. 1720–1740-cı illər, Hind məktəbi.
"Xosrov və Şirin" poemasının baş qəhrəmanı olan Şirin elə misilsiz bir surətdir ki, onun vəfa və sədaqəti, iradə və qüdrəti, əxlaq və isməti qərinələrdən bəri dillər əzbəri, həqiqi sevgi və məhəbbət rəmzi olmuşdur. H. Araslı bu obraz haqqında deyir: "Şirin dünya ədəbiyyatı tarixində orijinal bir qadın obrazıdır, Qərbi Avropa ədəbiyyatında belə bir yüksək, ağıllı və praktik qadın obrazını yalnız Şekspir tragediyasında görürük. Dantenin Beatriçası də bir çox xüsusiyyətləri ilə Şirinlə müqayisə edilə bilər."H. Araslı – Nizami Gəncəvi, Azərbaycan ədəbiyyatı tarixi, L cild, Bakı, 1943, səh. 82
Şirinin mənşəyi, hansı xalqa və ölkəyə mənsub olması, milliyyəti hələlik dəqiq və elmi surətdə müəyyən edilməmişdir. Nizami Şirini gah Qafqaz gözəli, Bərdə şahzadəsi, gah da ərmən hökmdarı kimi qələmə alaraq onun mənşə və milliyyətcə hansı xalqa, ölkəyə mənsub olduğu barədə açıq və qəti fikir söyləmir. Şair öz poemasında şirini gah erməni, gah da türk kimi təqdim edir.Q. Beqdeli – Şərq ədəbiyyatında Xosrov və Şirin mövzusu, Bakı, Elm, 1970, səh. 88 Nizami əsərində Şirinin mənşəyi məsələsinə ilk dəfə Məhinbanunun ona öyüd verdiyi zaman işarə olunmuşdur. Məhinbanu Şirini hər cür hadisədən, Xosrovun ona yetirə biləcəyi ehtimali sədəmədən qorusun deyə bir sıra düzgün məsləhətlər verib, ona özünü qorumağı tapşırmaqla bərabər, həm də Şirinin mənliyini və şəxsiyyətini hərəkətə gətirmək üçün gözələ mənşəyinin və kökünün kimlərdən ibarət olduğunu söyləyir. Xosrovun yüksək əsil-nəsəbi qarşısında özünü alçaq tutmasın deyə, onun kim olduğunu belə bəyan edir:
right|thumb|200px|Sevgililərin birinci görüşü, 1648, Buxara məktəbi, M.Y. Saltıkov-Şedrin adına Kütləvi Dövlət Kitabxanası, Sankt-Peterburq. Klassik ədəbiyyatda çox vaxt ay oğlan və günəş qız simvolu olduğu kimi, Əfrasiyab türklüyü, Keyxosrov isə iranlılığı təmsil edir. Bu simvolika "Şahnamə"də də əks olunmuşdur. Burada Nizami Məhinbanu və Şirinin mənşəcə türk olduqlarını göstərir. Nizami şirini adətən özünü bir türk kimi təqdim edir.Q. Beqdeli – Şərq ədəbiyyatında Xosrov və Şirin mövzusu, Bakı, Elm, 1970, səh. 89 O, Qəsri Şirin sarayında bir məhbus kimi həyat sürdüyü zaman Xosrov ora gəlib onunla danışıq aparanda üzünü Xosrova tutaraq söyləyir:
Nizami Dərbənd hökmdarı tərəfindən göndərilən qıpçaq qızı Afaqı (Appaq) da Şirin sayağı "türk", "türküm" adlandırır. Şair Afaqı təriflədiyi sözlərlə, təşbihlərlə Şirini də tərifləyir, oxşayır. O, Afaqın ölümündən danışaraq, onun dünyadan vaxtsız keçməsinə işarə edəndə belə bir fikir söyləyir:
Şirinin etdiyi yeganə səhv onun ilk dəfə Şapurun sözü ilə durub təkbaşına mədainə getməsidir. Bunu da qızın gəncliyi, təcrübəsizliyi, məhəbbəti ilə izah etmək olar. Şirinin bundan sonrakı bütün hərəkətləri, addımları olduqca mətin və ağıllıdır. Elə ilk başlanğıcdan hadisələrin sonuna qədər Şirin özünü təmiz bir qadın, nəcib məşuqə, vəfalı, sevimli bir insan kimi aparmışdır. Məhinbanunun xeyirxah və ağıllı nəsihətlərinin xeyirxah və ağıllı nəsihətlərini ürəkdən qəbul edib həyatının son anına qədər öz ismət və namusunu qorumuşdur: