Sabit Əliyev — həkim-yazar, Rusiya Professional Yazıçılar ittifaqının üzvü. Həyat və fəaliyyəti 1977-ci ildə Salyan rayonunun Qarabağlı kəndində anadan olub.1993-cü ildə Azərbaycan Respublikası Şirvan şəhərində 20 saylı orta məktəbi bitirib. 2005-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin bitirib. 2015-ci ildə Frankfurt Universitetinin İmplantologiya sertifikatına layiq görülmüşdür. Moskva şəhərində yaşayır. 2018-ci ildən Rusiya Professional Yazıçılar ittifaqının üzvüdür.
Rusiyada Beynəlxalq RBG jurnalının təqdimatında “2020-ci ilin adamları” mükafatını alıb. 2021-ci ildə Sergey Yeseninin 125 illik yubileyi şərəfinə Rusiya Yazıçılar Birliyinin Rəyasət Heyətinin təsis etdiyi "Sergey Yeseninin 125 illiyi" medalı ilə təltif olunub. Rus ədəbiyyatının inkişafına verdiyi mühüm töhfəyə görə isə 2022-ci ildə "F. M. Dostoyevski adına medal"la təltif olunub. 2023-cü ildə isə “İrs” mükafatına layiq görülüb.
Rusiyanın “Komsomolskaya Pravda” nəşri 2024-cü ildə Moskvanın ən yaxşı 10 stomatoloq-cərrahının reytinqini dərc edib. Bu siyahıda birinci yeri Sabit Əliyev tutub.
Sabit Əliyevin ilk üç kitabında (“Özgə evi”, “Evə doğru uzun yol” və “Qismət deyilmiş”) Moskva həyatının təəssüratları öz əksini tapıb. Ondan artıq hekayənin müəllifidir. Üç hekayəsi - “Sonuncu gün”, “Pionlar” və “Sözə doğru yol” Moskva hekayələr kitabında işıq üzü görüb. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsindən ruhlanaraq “Mənim evim Şuşa” adlı kitab yazıb.
Ailəsi 2006-cı ildən ailəlidir. Həyat yoldaşı Əskərova Esmira həkim-ginekoloqdur. Seçenov adına Akademiyanı bitirib, üç uşağı var.
Əsərləri 2016 — Qismət deyilmiş, ISBN 978-5-4474-7652-6 2017 — Özgə evi, ISBN 978-5-4474-1211-1 2017 — Evə doğru uzun yol, ISBN 978-5-4485-8032-1 2017 — Sonuncu gün, ISBN 978-5-4485-0985-8 2017 — Qurumuş bulaq, ISBN 978-5-4485-0985-8 2017 — Yalnız səni sevirəm, ISBN 978-5-4485-0483-9 2017 — Tövbe, ISBN 978-5-4490-0659-2 2018 — Rəfiqələrin məktubları, ISBN 978-5-4490-9885-6 2018 — Mart ilığı, ISBN 978-5-4493-7452-3 2018 — Pionlar, ISBN 978-5-4490-6341-0 2018 — Nəsihətçilər, ISBN 978-5-4490-9151-2 2019 — Sözə tərəf yol, ISBN 978-5-4496-2662-2 2022 — Portağal, ISBN 978500566021 2023 — Sevgi təkdir, ISBN 9785006079113 2023 — Sevgi küləyi, ISBN 978500035003 2024 — Unudulmuş saç sancağı, ISBN 9785006273917 2025 — Mən Annanı sevirdim?, ISBN 9785006705838
İstinadlar
Kateqoriya:Şirvanda (Azərbaycan) doğulanlar Kateqoriya:Rusiya yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar