Cüzeppe Sezari və ya Kavaliere Darpino (, )—italyan manyerist rəssam. Kavaliere Darpino (Məsihin süvarisi) titulu ona Papa VIII Klemens tərəfindən verilmişdi. Cüzeppe həm Papa Klement, həm də V Sikstus tərəfindən himayə edilmişdir. Cüzeppenin emalatxanası Karavacconun Romada çalışdığı ilk emalatxana olmuşdur.

Haqqında Cüzeppenin atası Mazio Sezari əslən Arpinodan olsa da, rəssam özü 1568-ci ildə Romada anadan olmuşdur. Romada Nikolo Pomarçinoun tələbəsi olan 20 yaşlı Cüzeppenin ilk əsas işi 1589-1589-cu illərdə çalışıb, tamamladığı San Lorenzo kilsəsinin fasadına çəkdiyi rəsm olmuşdur. Bundan sonra o, Çertosa di San Martino kilsəsində çalışmağa başlayır. 1591-ci ildə yenidən Romaya qayıdan rəssam San Luici de Françezi kilsəsinin Kontarelli şapelindəki sərdabə üzərində işləyir. Sezari 1585-ci ildə San Luka Akademiyasının üzvü olmuşdur. 1607-ci ildə rəssam yeni Papa rəhbərliyi tərəfindən həbs etdirilmiş, 1640-cı ildə vəfat etmişdir.

Tələbələri Cüzeppe Sezarinin oğlanları Muzio və Bernardino rəssamın tələbələri olmuşdur. Bundan başqa Cüzeppe bir çox məşhur rəssam; Françesko Alleqrini da Qubbio, Quido Ubaldo Abatini, Vinçenzo Manenti və Bernardino Parasolenin müəllimi olmuşdur. Cüzeppenin ən görkəmli tələbəsi isə şüphəsiz ki, italyan rəssam Mikelancelo Merisi Karavaccodur. Karavacco 1593-1594-cü illər ərzində Sezarinin emalatxanasında çalışmışdır.

Qalereya

İstinadlar

Kateqoriya:XVII əsr İtaliya rəssamları Kateqoriya:XVI əsr İtaliya rəssamları Kateqoriya:Roma şəxsləri Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri