thumb|Fars miniatürü Miniatür — bədii üsullarının xüsusi incəliyi ilə fərqlənən təsviri sənət nümunəsi.
Tarixi Yaxın və Orta Şərq xalqları incəsənətinin maraqlı və zəngin hissəsini təşkil edən Azərbaycan miniatür sənəti dünya incəsənəti tarixində özünəməxsus yer tutur.
Kitab illüstrasiyası kimi yaranıb formalaşan Azərbaycan miniatür sənətinin təşəkkül tarixi qədimdir. XIII əsrin əvvəllərində Əbd ül-Mömin Məhəmməd əl-Xoyinin "Vərqa və Gülşa əlyazmasına çəkdiyi miniatürlər (Topqapı muzeyi, İstanbul) yalnız Azərbaycanda deyil, Yaxın və Orta Şərqdə bu sənətin ən qədim nümunələrindən sayılır.
XIII–XIV əsrlərdə Marağa, Təbriz və Azərbaycanın başqa şəhərlərində xəttatlıq və miniatiir sənəti süirətlə inkişal etmiş, Təbriz şəhəri Şərqdə bədii yaradıcılığın, kitab sənəti, kalliqrafiya və miniatür boyakarlığının ən qudrətli mərkəzinə çevrilmişdi. XIV əsrin əvvəllərində Təbrizin Rəşidiyyə akademiya şəhərciyinin kitabxanasında yerli xəttat və rəssamlarla yanaşı Şərqi Türkistan, Orta Asiya və b. Şərq ölkələrindən toplanmış sənətkarlar fəaliyyət göstərir, dini, tarixi, elmi və poetik əsərlərin bədii əlyazma nüsxələrini hazırlayır, onları miniatürlərlə bəzəyirdilər. Bu dövr əlyazmalarrından Bəhtişunun "Mənafi əl-heyvan" əsərinə (1297–1298; Morqan kitabxanası, Nyu-York), Rəşidəddinin "Cami ət-təvarix" (1306-cı il nüsxəsi, Edinburq universiteti, Şotlandiya; 1314-cü il nüsxəsi, Kral Asiya Cəmiyyəti, London; 1318-ci il nüsxəsi, Topqapı muzeyi, İstanbul) əsərinin məlum nüsxələrinə çəkilmiş miniatürləri göstərmək olar. "Cami ət-təvarix" əlyazmalarının müxləlif rəssamlar tərəfindən çəkilmiş illüstrasiyaları Azərbaycan miniatür sənətinin inkişafında xüsusi mərhələ təşkil edir.
XIV əsrin ortalarında Təbriz rəssamları qrafik və boyakarlıq üslublarının uğurlu sintezindən doğan bədii üslub yaratdılar. Bu yeni üslubun formalaşması 1340–1350 illərə aid edilən " Böyük Təbriz Şahnaməsi", yaxud " Demott Şahnaməsi" adlanan məşhur əlyazmanın miniatürlərində öz əksini tapmışdır. Əksəriyyətı dövrün görkəmli rəssamları Əhməd Musa və Şəmsəddin tərəfindən çəkilmiş bu miniatürlər hazırda dünyanın bir çox muzey və kitabxanalarında saxlanılır. Əlyazmanın 120 miniatüründən yalnız 58-i məlumdur. Bunlardan "Firidun oğlunun cənazəsini qarşılayır", "İrəcin ölüm xəbəri" (Frir qalereyası, Vaşinqton), "Əsir alınmış Ərdəvan Ərdəşirin hüzurunda" (Veve kolleksiyası, Paris), "Rüstəmin dəfni", "İsgəndərin conazosi üzərində ağlaşma ' və s. miniatürlər süjetin dramatik həlli, obraziarın dərin emosional ifadəliliyi ilə Yaxtn və Orta Şərq miniatür sənətində müstəsna yer tutur. Sonrakı dövrlərdə istər Azarbaycanda, istərsə də İran və Orta Asiyada hazırlanmış "Şahnamə" nüsxələrində illüstrasiyalar üçün süjetlərin seçilməsi və onların ikonoqrafıyasınm yaranmasında "Demott Şahnaməsi"nin böyük rolu olmuşdur. Məhz buna görə bir sıra alimlər haqlı olaraq Təbriz məktəbinin qonşu ölkələrdə miniatür sənətinin yaranması və inkişafına böyük təsir göstərdiyini qeyd edirlər. Azərbaycan miniatür sənətinin bədii üslub xüsusiyyətləri XV əsrin əvvəllərində daha da təkmilləşmişdir. Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasına, sonuncu Cəlairi hakimi Sultan Əhmədin şeirlər "Divanı’na dahi rəssam Əbd-əlXoyinin çəkdiyi rəsmlərdə (1405–1410, Frir qalereyası, Vaşinqton) və Əssar Təbrizinin "Mehr və Müştəri" əsərinə çəkilmiş (1419) illüstrasiyalardakı (xəttat Cəfər Təbrizi) üslub, bədii sənətkarlıq məziyyətləri ilə seçilir.
XV əsrin əvvəllərində məşhur Azərbaycan xəttatı Cəfər Təbrizi, bədii cild ustası Qəvaməddin, rəssamlardan Xoca Əli və Qiyasəddin kimi görkəmli Təbriz sənətkarlarımn Heratda geniş yaradıcılıq fəaliyyəti, Şərqin bövük rəssamı Kəmaləddin Behzadın Heratda Pir Seyid Əhməd Təbrizidən rəssamlıq dərsi alması və b. tarixi faktlar göstərir ki, Təbriz uzun müddət Yaxın və Orta Şərq şəhərlərini yetkin sənətkarlarla təmin edən qüdrətli sənət mərkəzi olmuşdur. Məşhur alman sənətşünası F. Şults Təbriz məktəbini qonşu Şərq ölkələrində miniatür sənətinin inkişafına əsaslı təsir göstərmiş "ana məktəb" ("multer schtıle") adlandırmışdır. XV əsrdə Təbriz məktəbinin tasiri ilə Şarmaxı və Bakıda miniatür sənəti inkişaf etməyə başlamışdı. Bu dövrdə "Şərq poeziyası antologiyası", yaxud "Şamaxı antologiyası"na (1468, Britaniya muzeyi, London) və b. əlyazmalarına çəkilmiş illüstrasiyalar, Əbülbaqi Bakuvinin çəkdiyi tək və ikifiqurlu portretlər ("Mehtər", "İki əmir, Topqapı muzeyi, İstanbul) Şamaxı və Bakı rəssamlarının ən yaxşı miniatürləri sırasına daxildir.
Qaraqoyunlular sülaləsinin hakimiyyəti dövründə Cahanşahın oğlu Pirbudaq bir neçə nəfis əlyazmalar sifariş etmişdi. Onlardan ən görkəmlisi 1460-cı illərdə hazırlanmış "Kəlilə və Dimnə"nin nüsxəsidir (Tehran, Gülüstan sarayının kitabxanası). Gözəl miniatürlərlə bəzəzdilmiş əlyazmanın "Şirlə öküzün döyüşü", "Qarğalar bayquşların yuvalarını yandırır", "Ceyran, tısbağa və qarğa" və s. rəsmləri əsrin ən gözəl abidələrindəndir. thumb|left|200px|Bəhram Gur
1481-ci ildə Siltan Yaqub üçün hazırlanan və I Şah İsmayıl dövründə tamamlanan Nizami "Xəmsə"sinin İstanbul nüsxəsinə XVI əsrin əvvəllərində çəkilmiş 9 miniatür bu cəhətdən istisna təşkil edir. Obrazlı ifadə vasitlərinə, kompozisiyanın mürəkkəbliyi və təmtəraqlı dekorativliyinə kolorit zənginliyinə görə bu miniatürlər ("Şirnin çimərkən Xosrovun ona tamaşa etməsi", "İsgəndər və Dara", "İsgəndər və çoban", "İsgəndər Nüşabənin sarayında" və s.) XVI əsrə aid eyni məzmunlu miniatürlərdan əsaslı sürətdə fərqlənir. Bu əsərlərin XVI əsrdə Təbriz miniatür məktəbinin banisi Sultan Məhəmməd, onun müasirləri və tələbələri tərəfindən çəkilməsi şübhəsizdir. Təsadüfi deyil ki, bu dövrdə və daha sonralar Təbrizdə işlənmiş, lakin müəllifləri bəlli olmayan ən dəyərli miniatürlər adətən Sultan Məhəmməd məktəbinə, yaxud onun üslubuna aid edilir.
Qəzvində yeni üslubun yaranıb formalaşması Sultan Məhəmməd ənənələlinin davamçıları Siyavuş bəy, MirZeynalabdin Təbrizi, Əli Rza Abbasi Təbrizi, xüsusilə dövrün ən görkəmli ustad rəssamları Məhəmmədi və Sadıq bəy Əfşarın yaradıcılığı ilə bağlıdır. Ru dövrdə kitab illüstrasiyalarından daha çox real həyat hadisələrini və adi məişət səhnələrini əks etdirən müstəqil miniatürlər çəkilmisdir. Rəssam, xəttat, şair və təzkirəçi Sadıq bəy Əfşarın çəkdiyi portretlər ("Süvari dərviş", Milli Kitabxaııa. Paris; "İstirahət edən dərviş". Gülüstan muzeyi, Tehran), Məhəmmədinin sadə adamların həyatından bəhs edən rəsmləri ("Baharın müjdəçisi". M. Y. Saltıkov-Sedrin ad. kitabxana. Sankt-Peterburq; "Kənd həyatı", Luvr, Paris), Ə. Caminin "Sübhət ül-əbrar" I Möminlərin təsbehi") əsərinin 1613-cü il tarixli əlyazmasma Əli Rza Abbasi Təbrizinin çəkdiyi miniatürlər və s. əsərlər bu sənətin məzmun və formaca tamamilə yeni, orijinal mahiyyət kəsb etdiyini göstərir. Bu dövrdə miniatür sənətinin mövzu dairəsi genişlənir, həyatla əlaqəsi daha da möhkəmlənir, o, ideya məzmununa görə demokratikləşir, bədii forma cəhətdən sadələşir, onun realist təsvir vasitələri güclənir.
Əksəriyyəti "siyah qələm" texnikası ilə çəkilmiş monoxrom rəsmlərdən, yaxud açıq və şəffaf rənglərlə işlənmiş miniatürlərdən ibarət olan bu əsərlər bir tərəfdən dekorativ üslubun şux və əlvan rəngli klassik kitab miniatüıiərinin tədrici tənəzzülünü göstərir, digər tərəfdən isə realist təsvir metoduna yaxınlaşan dəzgah boyakarlığı və qrafikasınm getdikcə inkişafını etdirir. Azərbaycan miniatür sənətində gedən bu prosesi sürətləndirən amillərdən biri də Avropa təsviri sənətinin Şərq incəsənətinə təsirinin başlanması idi.
Orta əsrlərdə Şərq rəssamları və xalq sənətkarları yaradıcılıq fantaziyasının zənginliyi ilə indi də bizi heyran edən və onu yaradan xalqın bədii mədəniyyətinin qədimliyini, çoxcəhətliyini, özünəməxsusluğunu sübut edən çoxsaylı memarlıq, təsviri və dekorativ sənət əsərləri yaratmışlar və onların çoxu dünya incəsənətinin qızıl fonduna daxil olmuşdur. Buna baxmayaraq, Şərq xalqlarının dünya bədii mədəniyyəti xəzinəsinə bəxş etdiyi ən sanballı və mühüm sənət inciləri onun sənətkarlarının miniatür rəssamlığı sahəsində yaratdığı əsərlərdir.
Təsviri sənətin xüsusi bir növü olan miniatür üz təbiəti etibarilə kitab illustrasiyası olub klassik Şərq poeziyasının (şeir) bilavasitə təsiri altında inkişaf etmişdir. thumb|Yeddi gözəl Şərq poeziyası klassiklərinin, xüsusilə onun Firdovsi və Nizami Gəncəvi kimi korifeylərin ölməz əsərləri rəssamlar uzun tükənməz ilham qaynağı olmuş və onların yaradıcılığını yüksək humanist ideyalarla zənginləşdirmişdir. Firdovsinin "Şahnamə" epopeyası, Nizaminin fəlsəfi-didaktik, romantik-məhəbbət və tarixi-qəhrəmanlıq poemaları rəssamların yaradıcılığına güclü təsir göstərmiş, ideya-estetik baxımından təkrarolunmaz, dünyəvi məzmunu ilə fərqlənən, dini mücərrədlikdən (Soyutluqdan), sərt asletizindən uzaq əsərlərin yaradılması uzun güclü stimul olmuşdur. Şərq poeziyası miniatür rəssamlığın hümanist məzmunu və ideya istiqamətini müəyyənləşdirməmişdir, həm də onun bədii formasının inkişafında müəyyən iz buraxmışdır. Bədii obrazlar aləmi, şərq poeziyasının incə, əlvan bədii dili, ahəngdarlığı və musiqiliyi rəssamlara poeziya ilə dərindən həmahəng olan şərti dekorativ üslub, yüksək romantik və poetikləşdirilmiş obrazlı ifadə vasitələri, şairanə bədii quruluş yaratmağa kömək etdi. Buna görədir ki, Yaxın və Orta Şərq xalqlarının miniatür rəssamlığı həm mövzu ümumiliyi, həm də bu sənət növünün özünə xas xüsusiyyətləri ilə şərtlənən bəzi ümumi yönlərə malikdir. Ancaq ictimai həyatın inkişaf xüsusiyyətləri və hər bir xalqın estetik baxışları onun incəsənətinin xarakterində də iz buraxmışdır. Ona görə də ərəb Şərqinin, Türkiyə və İran, Azərbaycan, Orta Asiya və Moğol Hindistanının miniatürləri təkrarolunmaz xüsusiyyətlərlə fərqlənirlər.
Bir əsrdən artıqdır ki, Şərq miniatürünün şah əsərləri nəinki alim və rəssamların, eləcə də çoxlu sənətsevərlərin diqqətini cəlb edir. Şərq miniatürünün tədqiqinə, nisbətən yaxın zamanlarda, əsrimizin əvvəlindən başlamasına baxmayaraq, hazırda dünya sənətşünaslığı elmində çox böyük material toplanmışdır. Həm materialın genişliyi, həm də anlam və elmi dərinliyi etibarilə müxtəlif səciyyəli məqalələr, elmi-kütləvi kitab və kitabçalar, əsaslı tədqiqat əsərləri meydana gəlmişdir.
Təbriz məktəbi, onun görkəmli sənətkarlarının birinci növbədə, "Sultan Məhəmməd"in yaradıcılığı F. Marrin, F. Şults, E. Bloşe, Q. Arnold, B. P. Denike və başqalarının ilk əsərlərindən başlayaraq, 1950–1980-ci illərdə İ. Şuxin, B. Qrey, B. Robinson, K. S. Velç, B. V. Veymarn, A. Q. Qazıyev, Q. A. Puqaçenkova, A. İvanov və başqa bu kimi görkəmli alimlərin daha dərin tədqqatlarına qədər bütün ümumiləşdirici əsərlərdə öz əksini tapmışdır. Lakin geniş elmi materialın toplanmasına baxmayaraq, sənətşünaslıqda Azərbaycan miniatürünün inkişaf tarixi sahəsində xüsusi ümumiləşdirici əsərlər, eləcə də bu məktəbin görkəmli ustaların yaradıcılıq tərcümeyi-halı barədə monoqrafiyalar az yazılmışdır.
Əldə edə bildiyimiz materialların məcmusu ilk növbədə rəssamın əsərlərinin onun haqqında mövcud olan pərakəndə, bəzən dolaşıq və ziddiyətli, bəzən də səhv, ancaq bütövlükdə çox qiymətli və xeyirli ədəbi məlumatların tədqiqi görkəmli sənətkar Sultan Məhəmmədin yaradıcılığı barədə yenidən işlənmiş və təkmilləşdirilmiş monoqrafiyanı yaratmağa imkan verdi.
Müasir elmi məlumatlar baxımından Azərbaycan miniatürünün müstəqilliyi və özünəməxsusluğu, onun Yaxın və Orta Şərq xalqlarının miniatür rəssamlığı inkişafının ümumi prosesində qabaqcıl rolu və əhəmiyyəti get-gedə daha da aydınlaşır.
Azərbaycan miniatürünün nə vaxt meydana gəldiyi, ilk illüstrasiyalı əlyazmaların nə vaxt yarandığı məlum deyil. Ancaq inanmaq olmur ki, Nizami Gəncəvi və Xaqani Şirvani kimi dahi şairlər, misilsiz memar Əcəmi Naxçıvani öz şah əsərini yaratdığı mədəni yüksəliş dövründə miniatür rəssamlığı olmamışdır. Məlumdur ki, ilk kitab minitatürü nümunələri Azərbaycan şəhərləri Marağa və Təbrizdə yaradılmışdır. Bu da təsadüfi deyil, belə ki, XIII əsrin sonu XIV əsrin əvvəllərində Elxanilərin ilk iqamətgahı olan Marağa və Təbriz şəhərləri müsəlman Şərqinin ən inkişaf etmiş mədəniyyət mərkəzləri idi.