() — aləminin şöbəsinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir - NT. Azərbaycanın nadir növdür.
Botaniki xarakteristikası 5-6 (16) m-ə qədər hündürlüyə malik ağac və ya 1,5- hündürlüyündə koldur. Yarpaqları tünd-yaşıl budaqcıqlarda lansetşəkilli, budaqlarda rombaoxşardır. Qozameyvələri dik dayanmışdır və ya azca sallaqdır, kürəvari və ya yumurtaşəkillidir. Toxumları 1-2 və bəzən 3 ədəd olub, oval və ya yumurtavari, açıq-qəhvəyi rəngdədir.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Aprel-may aylarında tozlanır. Toxumla çoxalır. Qozameyvələri ikinci il oktyabr-dekabr aylarında tamam yetişir. Tozlanması anemofildir. Kserofitdir. Havanın quraqlığına və istiliyinə davamlıdır. Torpaq-qrunt şəraitinə tələbkar deyil, torpağın şoranlığına nisbətən davamlıdır. 300-350 ilə qədər yaşayır. Aşağı dağ qurşağından yuxarı dağ qurşağınadək, dəniz səviyyəsindən 1000 m-ə qədər yüksəkliklərdə yayılmışdır. Quru yamaclarda seyrək meşə əmələ gətirir, bundan başqa daşlı-çınqıllı və gilli yamaclarda, uçurumlarda və qayaların üzərində dağınıq halda, tək-tək və qrupla çürüntülü-karbonatlı, boz-qəhvəyi torpaqlarda bitir. Ardıc, yabanı püstə və ardıc seyrək meşəliyinin əsas bitki növlərindən biridir. Çox az hallarda bu meşəliklərdə dominant olur. Dərman bitkisidir.
Yayılması Böyük Qafqazın şərq hissəsi (Şamaxı, Qəbələ və Ağdaş rayonları), Böyük Qafqazın Quba hissəsi (Quba və Altıağac rayonları), Kiçik Qafqazın şimalı (Samux rayonu), Bozqır yaylası (Şəki rayonu), Kiçik Qafqazın cənubu (Cəbrayıl və Zəngilan rayonlarında) və Naxçıvanın dağlıq hissəsində (Şahbuz rayonu).
Sayı və tendensiyası Bozdağ silsiləsində geniş yayılmasına baxmayaraq gələcəkdə azalma tendensiyası proqnozlaşdırılır.
Məhdudlaşdırıcı amillər Mal-qaranın otarılması, yanğınlar, sistemsiz kəsilmə, təbii bərpanın zəif getməsi.
Mühafizə tədbirləri Şahdağ və Altıağac Milli Parklarında, Türyançay, Şahbuz və Eldar şamı Dövlət Təbiət Qoruqlarında mühafizə olunur.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:İraq florası Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Avrasiya florası Kateqoriya:Türkiyə florası Kateqoriya:Türkmənistan florası Kateqoriya:Asiya ağacları