Müasir Rusiya Federasiyası Konstitusiyası (, Rom: Konstitutsiya Rossiyskoy Federatsii) — 12 dekabr 1993-cü ildə keçirilmiş referendum ilə qəbul edilmiş ali normativ hüquqi akt. Rusiya Konstitusiyası dərc edilmiş olduğu 25 dekabr 1993-cü ildə qanuni qüvvəyə minmişdir və Sovet Respublikası Sistemini sıradan çıxarmışdır. Müasir Rusiya Konstitusiyası 1936-cı il SSRİ Konstitusiyasından sonrakı ən uzun müddətli konstitusiyadır.
Rusiya Konstitusiya Komissiyası 1993-cü ildəki Konstitusiya Konfransında 800-dən artıq şəxs ilə iştirak etmişdir. Sergei Alexeyev, Sergey Shakhray və bəzən Anatoly Sobchakın konstitusiyanı birgə hazırladıqları qeyd edilir. Konstitusiya mətninə Mixail Speranskinin konstitusiya layihəsi ilə müasir Fransanın Konstitusiyası ilham vermişdir.
12 dekabr 1993-cü ildə bir konstitusiya referendumu həyata keçirildi. Qeydə alınmış seçicilərin 54,8 %-ini təşkil edən 58.187.755 nəfər şəxs seçkilərdə iştirak etmişdir. Bunların 32.937.630 nəfəri, yəni 54,5 %-i konstitusiyanın qanuni qüvvəyə minməsinə səs vermişdir. Yeni konstitusiya SSRİ tərkibindəki Rusiya Sovet Federativ Sosialist Respublikasına məxsus 1978-ci il konstitusiyasını qanuni qüvvədən saldı.
thumb|Rusiya konstitusiyasının prezident üçün nəzərdə tutulmuş xüsusi nüsxəsi.
Ümumi müddəalar
Rusiya Konstitusiyası dövlət quruluşunun əsaslarını müəyyən edir, insan və vətəndaş hüquq və azadlıqlarını təsbit edir, dövlətin federativ quruluşunu, hakimiyyət orqanlarının (qanunverici, icraedici və məhkəmə) səlahiyyətlərini və onların fəaliyyət prinsiplərini tənzimləyir.
Konstitusiyanın 1-ci maddəsinə əsasən, Rusiya idarəetmə forması respublika olan demokratik, federativ, hüquqi dövlətdir. Sənəd iki bölmədən, 9 fəsildən və 137 maddədən ibarətdir.
Hüquqi statusu
Konstitusiya birbaşa qüvvəyə malikdir. Bu o deməkdir ki, Rusiyada qəbul edilən bütün digər qanunlar və hüquqi aktlar Konstitusiyaya zidd olmamalıdır. Konstitusiyaya riayət olunmasına nəzarəti Rusiya Federasiyası Konstitusiya Məhkəməsi həyata keçirir.
2020-ci il düzəlişləri
2020-ci ildə keçirilən Ümumrusiya səsverməsi nəticəsində konstitusiyaya mühüm düzəlişlər edilmişdir. Bu düzəlişlər dövlət idarəçiliyində prezidentin səlahiyyətlərinin dəqiqləşdirilməsi, sosial təminatların gücləndirilməsi və yerli qanunvericiliyin beynəlxalq müqavilələrdən üstünlüyünün təsbit edilməsini əhatə edir.
Həmçinin bax Rusiyada Konstitusiya Referendumu (2020)
İstinadlar
Kateqoriya:1993-cü ildə Rusiya Kateqoriya:1993-cü ildə hüquq Kateqoriya:Rusiya konstitusiyası Kateqoriya:Rusiyada hüquq