Milli kommunizm və ya digər adı ilə Qaliyevizm — müxtəlif ölkələrdə müxtəlif liderlər tərəfindən qəbul edilən və tətbiq edilən kommunizm forması. Hər bir müstəqil dövlətdə, imperiyada və ya müstəmləkədə sosial sinif ilə millət arasındakı əlaqənin müxtəlif xüsusiyyəti vardır. Ukraynalı kommunistlər olan Şaxray və Mazlax, sonradan müsəlman Sultan Qaliyev hesab edirdi ki, bolşevik Rusiyasının maraqları onların ölkələrinin maraqları ilə tərs düşür. Bunu 1945-ci ildən sonra müstəqil xarici siyasət izləməyə çalışmaqla Yuqoslaviyanın kommunist diktatoru İosip Broz Tito davam etdirmişdir.
Karl Marksın və Fridrix Engelsin nəzərdə tutduğu kommunizmə görə internasional proletariya yüksək dərəcədə kosmopolitan olmalıdır. Ondan millətçilik yox, sinfi mübarizə gözlənilir. Bu ideologiyaya görə, millətçilik proletariyanı bölmək və idarə etmək üçün burjuaziyanın əlində bir alətdir.
Kommunizm XIX yüzilliyin sonlarından 1920-ci ilə qədər çox güclü hərəkat formasında idi. Kommunizm keçmiş Rusiya imperiyasında qalib gəldikdən onilliklər sonra Soyuq savaş başladı. Soyuq savaşın ardınca isə Qoşulmama hərəkatı (heç bir bloka qoşulmama nəzərdə tutulur) formalaşdı. Bu milli kommunizmi siyasi reallıq olaraq formalaşmasına səbəb oldu.
Kommunist manifesti (1848) 1840-cı illərdə "kommunist" sözü Fransız inqilabı zamanı mövcud olmuş Yakobin klubunun sol qanadını öz ideoloji əcdadları kimi qəbul edənləri təsvir etmək üçün işlədilirdi.David Fernbach, "Introduction" to Karl Marx, The Revolutions of 1848. New York: Random House, 1973; pg. 23. 1847-ci ildə Londonda Kommunist Liqası təsis edildi. Liqa Karl Marksa və Fridrix Engelsə Kommunist Manifestinin qaralamasını yazmağı tapşırdı. Liqa tərəfindən qəbul edilən manifest 1848-ci ildə nəşr edildi. Kommunist manifestinə həmçinin manifestin tətbiqində millətin rolu barədə bir neçə fikir daxil idi. Girişdə manifestin Londonda bir aya gələrək öz fikirlərini, məqsədlərini və tendensiyalarını paylaşan Avropanın müxtəlif millətindən meydana çıxdığı bildirilirdi. Ardınca I fəsildə burjuaziyanın qloballaşmaya və milli məsələlərə təsiri müzakirə edilmişdir.
Biz ölkənin istehsalatından məmnun olan köhnə istəklərin əvəzinə, onların məmnuniyyətini təmin etmək üçün uzaq torpaqların və diyarların məhsullarını tələb edən yeni istəklər tapırıq. Keçmiş lokallıq, milli tənhalıq və milli özü-özünə bəs etmə əvəzinə, bizim artıq hər istiqamətdə çıxışımız və universal səviyyədə millətlərin qarşılıqlı asılılığı var.
Ölkəni bölgələrdən asılı etdiyi kimi, barbar və ya yarıbarbar ölkələri sivil ölkələrdən, kasıb millətləri burjua millətlərdən, şərqi qərbdən asılı etmişdir. Hələ formada olub mahiyyətcə olmasa da, proletariyanın burjuaziya ilə mübarizəsi ilk növbədə milli mübarizədir. Əlbəttə, hər bir ölkənin proletariyası ilk növbədə öz ölkəsinin burjuaziyası ilə məsələni həll etməlidir.
Roman Rozdolskiyə görə:
Sonrakı istifadəsi Milovan Djilas 1957-ci ildə yazdığı "Yeni Sinif" kitabında yazır:
Milovan Djilasdan bir neçə il əvvəl köhnə kommunist olan Manabendra Roy bunları yazmışdır:
Alman sosial-demokrat Anton Pannakoek və rus monarxistlər Nikolay Ustrialov və Vasili Şulgin bildirirdilər ki, 1920-ci ildə ruslar ilk dəfə kommunizmi milliləşdirmişlər. Onlar bolşeviklərin Avropanın digər sosialist partiyalarından struktur və ideya baxımından nə qədər fərqləndiklərinə diqqət çəkirlər. Onlar sübut etməyə çalışırlar ki, Vladimir Leninin Bolşevik partiyası (Rusiya Sosial Demokrat Fəhlə Partiyasının son qanadı əsasında formalaşmış) ilk milli kommunist partiyası hesab edilə bilər. 1918-ci ilin martında Lenin partiyasının adını Rusiya Kommunist Partiyası olaraq dəyişdirdi.
Rusiyalı həmkarlarının oyanışından sonra keçmiş çar Ukraynası və müsəlman dünyasında sol sosialistlər kommunizmin müxtəlif növlərini inkişaf etdirdilər. Bu proses Sovet İttifaqında 1928-ci ilə qədər davam etdi. Ukraynalı və müsəlman versiyaları bir-birilərindən, xüsusən, iki nöqtədə fərqlənirdi. Müsəlmanlar inanırdılar ki, dünya inqilabının taleyi Avropadan yox, Asiyadan asılıdır. Onlar həmçinin milli azadlıq mübarizələri dövründə milli burjuaziya ilə ittifaqın əhəmiyyətli olduğunu bildirirdilər. Sinfi fərqlər görməzdən gəlinməməli idi, yoxsa milli burjuaziya milli mübarizədən qaçacaq, əks düşərgədəki imperial həmkarları ilə birləşəcəkdi. Beləcə, hər hansısa inqilabçı mübarizənin və milli istiqlaliyyətin əsl çöküşü təmin ediləcəkdi. müsəlman kommunistlər anarxizmin, millətçiliyin və kommunizmin sintezinə həmçinin dini də əlavə etmişdilər.
Ukraynada 1918-ci ildə ukraynalı kommunist olan Serhii Mazlax və Vasil Şaxray tərəfindən yazılmış "Do Xvıli" () kitabında iddia edilirdi ki, bolşevik hakimiyyəti Ukrayna üzərində rus hakimiyyəti qurmuşdur. Ukrayna kommunistlərinin öncülləri 1919-cu ilin mart ayında başlayan antibolşevik xalq üsyanını istiqamətləndirməyə çalışdılar, lakin üsyan geniş ərazini ələ keçirə bilmədi. Danilo Zeleninin rəhbərliyi altındakı əsas hərbi qüvvələr 1919-cu ilin iyul ayında məğlub edildi. Anton Denikinin uğurlu hücumundan sonra onlar hərbi fəaliyyəti dayandırmağı və daha az "şeytan" olan bolşeviklərlə ittifaq qurmağı qərara aldılar. 1920-ci ilin yanvar ayında Sovet Ukraynası üzərində Kommunist Rusiyanın hakimiyyətini tanıyan, lakin bolevik idarəçiliyini, onun mədəni, siyasi, iqtisadi mərkəzləşdirməsini tənqid edən Ukrayna Kommunist Partiyası quruldu."Letter from the Central Committee of the Ukrainian Communist Party to the Executive of the Comintern," Debatte no. 2 (2009) http://www.tandfonline.com/doi/pdf/10.1080/09651560903172282
Keçmiş Rusiya imperiyasının müsəlman bölgələrində Milli kommunizmin keçmiş Rusiya imperiyasının müsəlman bölgələrindəki təməl fəlsəfəsi millətçilik, yurdsevərlik, türkçülük-turançılıq və sosializmdir. Müsəlmanlara yönəlmiş sosialist təbliğatda fərqli yollara gedilməsini və dinə qarşı təbliğat edilməsinə qarşı çıxan Qaliyev bilinənin əksinə, müsəlman olmasına baxmayaraq, hal-hazırkı siyasi islamçıların bildirdiyi kimi islamçı biri olmamışdır. Sovet İttifaqı Kommunist Partiyasında həmişə müsəlmanlarla əlaqəli vəzifələrə təyin edilməsi belə düşünülməsinə səbəb olmuşdur. Əslində, Qaliyev çox zaman ateizmə qədər gedən şərhləri ilə özünü "energetik materialist" olaraq tərif etmişdir. Haqlarını müdafiə etdiyi müsəlman icması isə keçmiş imperiyada yaşayan türklərdir.
Qaliyev sosializmin ən çox əzilmiş və istismar edilmiş sivilizasiya olan Şərqin işinə yarayacağına, beləcə Şərqin bütün imperialist və istismarçı qüvvələrdən qurtulub zənginləşəcəyinə inanırdı. Ona görə bu qurtuluş millətçiliklə sosializmin birləşməsi ilə mümkün ola bilərdi. Yəni hər xalq öz sosializmi, öz qurtuluşu üçün mübarizə aparacaq, millətçilik sosializmi, sosializm isə millətçiliyi tamamlayacaqdı. Bu mübarizələr sonunda bütün xalqlar imperializmin təsirindən qurtulacaqdı. Beləcə kommunizm səviyyəsinə keçiləcəkdi. Bu milli kommunizm formasına görə islam Orta Asiyadakı əhalinin gördüyü ilk sosialist hərəkatdır. Buna görə də onlar təklif edirdilər ki, Türküstanda kommunist təbliğat apararkən din əleyhinə olmamaq lazımdır. Əksinə, kommunizm ilə islamın ortaq özəlliklərini göstərmək lazımdır.
Həmçinin bax Kommunizm Kommunist Manifesti Mir Sultan Qaliyev
İstinadlar
Kateqoriya:Siyasət Kateqoriya:Kommunizm Kateqoriya:İdeologiyalar Kateqoriya:Sosializm Kateqoriya:Milliyyətçilik Kateqoriya:İfrat solçuluq Kateqoriya:Orta Asiya