Samir Kazım oğlu Tağızadə () — yazıçı-jurnalist, professor. Həyat və fəaliyyəti Samir Kazım oğlu Tağızadə 11 fevral 1950-ci ildə Tovuz rayon Bayramlı kəndində anadan olmuşdu. 1978-ci ildə Bakı Dövlət Universitetinin məzunu idi. 1978–1979-cu illərdə "Ulduz" jurnalında şöbə müdiri vəzifəsində çalışmışdı. Samir Kazımoğlu "Ağrı", "Vəfa Günü", "Kəşf", "Dözüm", "Əsrik", "Təqib" ("Takip") və s. kimi tanınmış roman və hekayə kitabları müəllifi idi. Ankara Universitetinin dəvəti ilə Türkiyəyə gedən Samir Kazımoğlu Dil və Tarix Coğrafiya fakültəsində Müasir Türk ləhçələrini tədris editmişdir.
Samir Kazımoğlu 3 sentyabr 1999-cu ildə Türkiyədə avtomobil qəzasında dünyasını dəyişib.
Əsərləri Unudulmaz görüşlər, Bakı, 1977. Dözüm, Bakı, 1986. Rus və Avropa mətbuatı M.F. Axundov haqqında, Bakı, 1987. Vəfa Günü (Povest və hekayələr), Bakı, 1988. Ağrı, Bakı, 1990. Mirzə Fətəli Axundov və Avropa, Bakı, 1991. Türk Toplulukları Edebiyatı, Ankara, 1994. Qətl, Ankara, 1994. Mükafatları Onun Türk ləhçələrində, rus, ingilis, alman dillərində yayımlanmış elmi işləri Avstriyanın Franz Yozef adına Qrats Universitetinin, Türk-Azərbaycan Dostluq Dərnəyinin, Çuvaşiya Respublikasının yazıcılar birliyinin mükafatlarına layiq görülüb.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Yol-nəqliyyat hadisəsində ölənlər Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycanlı jurnalistlər Kateqoriya:Azərbaycan tərcüməçiləri Kateqoriya:Azərbaycanlı tərcüməçilər