İlham Əli oğlu Nağıyev () — Azərbaycanlı iqtisadçı və sahibkar, "GESCO" ASC-nin təsisçisi və "Binə Aqro" QSC-nin həmtəsisçisi. "Baku United FC" futbol klubunun prezidenti və "Odlar Yurdu" Təşkilatının təsisçisidir.
Həyatı İlham Əli oğlu Nağıyev 1 yanvar 1988-ci ildə Bakıda doğulmuşdur.
Təhsili İlham Nağıyev 1994–2004-cü illərdə Bakı şəhəri Nərimanov rayonu 200 saylı orta məktəbdə təhsil almışdır. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin İdarəedilməsi və Menecment fakültəsinin qiyabi şöbəsinə qəbul olmuşdur. 2005–2006-cı illərdə Londonda SOAS Universitetində, 2006–2009-cu illərdə London Şəhər Universitetinin (CASS Business School) Biznesin İdarəedilməsi fakültəsində əyani təhsil almışdır. 2010–2012-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin İdarəedilməsi üzrə magistr dərəcəsi (MBA) almışdır. 2021-ci ildə Nyu-York Universiteti, HEC Paris və London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin ortaq "TRİUM Executive MBA" magistr proqramına daxil olmuşdur.
Karyera 2010–2013-cü illərdə "GESCO" ASC-də Baş icraçı direktor vəzifəsində çalışan İlham Nağıyev 2019-cu ildən 2022-ci ilədək şirkətin Müşahidə Şurasının sədri olmuşdur."GESCO ASC-nin rəsmi saytı" (İngilis və Azərbaycan)
2013-cü ildən 2016-cı ilədək İlham Nağıyev Azərbaycan Respublikası Təhsil Nazirliyinin kadr şöbəsinin müdir müavini, daha sonra müdiri vəzifəsində çalışmışdır.
2016-cı ildə İlham Nağıyev "Binə Aqro" QSC-nin Strateji İnkişaf üzrə vitse-prezidenti, 2017-ci ildən 2019-cu illərdə şirkətin icraçı direktoru vəzifələrində çalışmışdır. 2019-cu ildən 2021-ci ilə qədər İlham Nağıyev "Binə Aqro" QSC-nin Müşahidə Şurasının sədri olub.
2008-ci ildə İlham Nağıyev Böyük Britaniya, Çexiya, Litva, Rumıniya, Avstriya və Almaniyada yaşayan azərbaycanlıların gənclər təşkilatı kimi fəaliyyət göstərən Odlar Yurdu Təşkilatını təsis etmişdir. İlham Nağıyevin sədrliyi ilə Odlar Yurdu Təşkilatı Avropa ölkələrində bir sıra tədbirlər həyata keçirmişdir:
2008-ci ildə Londonda azərbaycanlı gənclər arasında "Heydər Əliyev Kuboku" mini futbol turniri;AZƏRTAC. "ODLAR YURDU" TƏŞKİLATI LONDONDA AZƏRBAYCANLI GƏNCLƏR ARASINDA "HEYDƏR ƏLİYEV KUBOKU" UĞRUNDA FUTBOL TURNİRİ KEÇİRMİŞDİR (Azərbaycan)
2008-ci ildə Odlar Yurdu Təşkilatı tərəfindən Baku United FC futbol klubu yaradılmışdır.
2012–2013-cü illərdə Baku United FC peşəkar komanda olaraq İngiltərə Milli Futzal Liqasına qoşuldu.
2013-cü ildə İngiltərə Super Liqasında klub çempionluq qazana bildi və 2014-cü ildə UEFA Futzal Kubokunda İngiltərəni təmsil etmək hüququ qazanmışdır
Məqalələr Thinking aloud… Smart Agro Accelerator by Bine Agro Happy Republic Day! The Singapore model in the South Caucasus Peace in South Caucasus critical to developing EU-China trade links Azərbaycanda və dünyada informasiya texnologiyalarının inkişaf tendensiyaları Once An Economic 'Frozen Zone,' Southern Caucasus May See Economic Boost Beyond Oil Texnologiya əsrində Azərbaycan: Gələcəyin İT tendensiyaları və biz Impacts of Covid-19 on the world economy İlham Nağıyev: Yeni İT trendlərinin biznesin inkişafına təsirləri
İstinadlar
Kateqoriya:London Şəhər Universitetinin məzunları Kateqoriya:Azərbaycan Dövlət İqtisad Universitetinin məzunları Kateqoriya:London Universitetinin Şərqşünaslıq və Afrikaşünaslıq Məktəbinin məzunları Kateqoriya:HEC Paris məzunları