İsmət Rəcəb oğlu Səttarov () — Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının keçmiş sədri (2022 - 2026)
Həyatı İsmət Səttarov 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin "İqtisadi kibernetika və tətbiqi riyaziyyat" fakültəsində təhsil almışdır. Texnika elmləri üzrə fəlsəfə doktorudur.
2000–2004-cü illərdə bank sektorunda çalışıb, 2004-cü ildən 2010-cu ilə qədər isə Heydər Əliyev Fondunun Analitik-informasiya şöbəsində fəaliyyət göstərib.
2011-ci ildən yeni yaradılmış "Region TV" adlı prodüser qrupunun direktoru vəzifəsini icra edib, 2014-cü ildən həmin prodüser qrupunun əsasında yaradılmış "Region TV" telekanalının direktoru olmuşdur. 2016-cı ildən ARB Media Qrupun rəhbəri, "ARB24" MMC-nin direktoru vəzifəsini icra etmişdir.
İsmət Səttarov 2020-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə yenidən 6 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir.İ. R. Səttarovun Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2020-ci il tarixli Sərəncamı
2020-ci il aprel ayının 6-da Milli Televiziya və Radio Şurasına sədr seçilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 avqust 2026-cı il Fərmanı ilə Azərbaycan Respublikasının Audiovizual Şurası ləğv edilib və onun əsasında Media və Yayım Şurası yaradılıb. Əhməd İsmayılov Şuranın sədri təyin edilib
Evlidir, bir övladı var.
Təltifləri Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 21 iyul 2025
İstinadlar
Xarici keçidlər Rəhbərlik Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası
Kateqoriya:Azərbaycan Respublikası Audiovizual Şurasının üzvləri Kateqoriya:Azərbaycan Respublikası Audiovizual Şurasının sədrləri