Qoca qartalın ölümü — Fərman Kərimzadənin sonuncu tarixi romanı.

Fərman Kərimzadənin Qarabağ xanlığının tarixinə həsr etdiyi “Qoca qartalın ölümü” romanı uzun illər apardığı səmərəli axtarışların məhsuludur. Müəllif romanı ömrünün son illərində – 1988-ci ildə Yaltada yazmış, ölümündən sonra 1991-ci ildə çap olunmuşdur.

Məzmun

F.Kərimzadənin bu sonuncu tarixi romanında XVIII əsrdə baş verən hadisələr öz əksini tapır. Bu romanda da tarixi mənbələrin təsiri hiss olunur (xüsusilə “Qarabağnamə”lər), ancaq burada da tarixi həqiqətlə bədii həqiqət bir-birini tamamlayır. Qoca qartal simvolik obrazdır – yazıçı rus imperiyasına işarə edir. O ölürsə də, yeni, cavan qartallar səmaya uçur və beləliklə, rus imperiyasının işğalçılıq siyasəti davam edir. İkiyə bölünmüş Azərbaycandan sonra yeni ölkələr, məmləkətlər fəth edilir, çarı Qırmızı imperiya əvəz edir.

Romandakı hadisələr Qarabağda cərəyan edir, əsərdə Qarabağ xanlığı haqqında tarixi mənbələr əsasında maraqlı məlumatlar verilir.

Nəşr

Roman ilk dəfə müəllifin vəfatından sonra Bakıda Kiril qrafikalı Azərbaycan əlifbası ilə 1991-ci ildə, latın qrafikası ilə isə 2007-ci ildə "Seçilmiş əsərləri"nin 5-ci cildində "Ağrıdağ" nəşriyyatında nəşr edilib. Sonuncu nəşr 2018-ci ildə Bakı Kitab Klubunda təkrar nəşr edilib. Bu son iki nəşrə romandan əlavə ədibin povest və hekayələri də daxil edilmişdir.

İstinadlar

Xarici keçidlər

Goodreads-də Qoca qartalın ölümü