Mişel Fransua Platini (; ) — Fransa futbolçusu, məşqçi və futbol məmuru. 1984-cü il Avropa çempionatının qalibi. "France Football" dərgisinin versiyasına görə XX əsrdə ən yaxşı fransız futbolçu. Yeganə futbolçudur ki, 3 dəfə ardıcıl "Qızıl top" (1983, 1984 və 1985) mükafatının qalibi olmuşdur.

Həyatı Mişel Fransua Platini 1955-ci il iyunun 21-də Fransanın Lotaringiya əyalətinin Jyof şəhərində anadan olub. Öz dövrünün ən istedadlı futbolçularından hesab edilir.

Klub karyerası "Nansi" (Fransa, 1973–1979) – 175 oyun, 98 qol "Sent-Etyen" (Fransa, 1979–1982) – 107 oyun, 58 qol "Yuventus" (İtaliya, 1982–1987) – 147 oyun, 68 qol

Yığma komanda Fransa milli futbol komandasının heyətində 72 oyun keçirib, 41 qol vurub.

Titulları Fransa kubokunun qalibi – 1978 Fransa çempionu – 1981 Fransa kubokunun finalçısı – 1981, 1982 İtaliya kubokunun qalibi – 1983 İtaliya çempionu – 1984, 1986 Kuboklar Kubokunun qalibi – 1984 Avropa Superkubokunun qalibi – 1984 Avropa çempionu – 1984 Çempionlar Kubokunun qalibi – 1985 Qitələrarası kubokun qalibi – 1985 Dünya çempionatının bürünc mükafatçısı – 1986 Avropanın ən yaxşı futbolçusu – 1983, 1984, 1985 Kavaler ordeninin Fəxri legionu – Şevalye (1985), Zabit (1988) 1984-cü ildə keçirilən Avropa çempionatının bombardiri (9 qol) olub. 1983, 1984 və 1985-ci illərdə Avropanın ən yaxşı futbolçusu seçilərək "Qızıl top"a yiyələnib

Məşqçi karyerası Fransa milli yığma komandasının baş məşqçisi – 1988–1992

Mükafatları Fəxri Legion ordeni (29 aprel 1985) Xidmətlərə görə ordeni (Fransa) (3 dekabr 1994) "Şöhrət" ordeni (Azərbaycan) (2007) "Şərəf" ordeni (Moldova) (2009) "Şərəf" ordeni (Ermənistan) (2010)

Məmur kimi fəaliyyəti Mişel Platini Fernando Sastre ilə birlikdə 1998-ci ildə Fransada keçirilən dünya çempionatının təşkilat komitəsinə rəhbərlik edib. O, 1988–1990-cı illərdə UEFA-nın texniki inkişaf komitəsində çalışıb. 2002-ci ildən UEFA-nın və FİFA-nın İcrayə Komitəsinin üzvü olub. Bu illər ərzində Platini UEFA və FİFA-da müxtəlif rəhbər vəzifələrdə işləyib. 2006-cı ildə FİFA-nın Texniki-Tərəqqi Komitəsinin sədri və Fransa Futbol Federasiyasının vitse-prezidenti vəzifələrində çalışıb.

Mişel Platini 2007-ci il yanvarın 26-da UEFA-nın Düsseldorf şəhərində keçirilən konfransında UEFA prezidenti seçilib. O, eyni zamanda FİFA-nın vitse-prezidentidir.

Həmçinin bax

Xarici keçidlər

Kateqoriya:Fransa futbolçuları Kateqoriya:Nansi FK futbolçuları Kateqoriya:Sent-Etyen AS futbolçuları Kateqoriya:Yuventus FK futbolçuları Kateqoriya:UEFA prezidentləri Kateqoriya:Fransa Liqa 1 futbolçuları Kateqoriya:UEFA Çempionlar Liqasının qalib futbolçuları Kateqoriya:Qızıl top alanlar Kateqoriya:Fransa milli futbol komandasının oyunçuları Kateqoriya:FİFA 100 Kateqoriya:Fransa milli futbol komandasının məşqçiləri Kateqoriya:Legioner Fransa futbolçuları Kateqoriya:Fransanın kişi futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:UEFA Avropa Çempionatının qalib futbolçuları Kateqoriya:İngiltərənin Futbol Şöhrət Zalının üzvləri Kateqoriya:Fransa Liqa 2 futbolçuları Kateqoriya:1986 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:1982 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:1978 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Fransa futbol məşqçiləri Kateqoriya:"Şöhrət" ordeni ilə təltif edilənlər Kateqoriya:UEFA Çempionlar Liqasının bombardirləri Kateqoriya:Ukraynanın I dərəcəli "Xidmətlərinə görə" ordeninin kavalerləri Kateqoriya:Fransa U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:İtaliyada legioner Fransa idmançıları Kateqoriya:Cəngavərlik tituluna layiq görülmüş futbol şəxsləri Kateqoriya:"Fəxri Legion" ordeni zabitləri Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri