Yarımfəsilə — Karl Linneyin (1707-1778) 1735-ci ildə nəşr etdirdiyi 11 səhifəlik Systema Naturae adlı əsərində yazdığı taksonomik kateqoriyalara daxil edilməməsinə baxmayaraq, daha sonra inkişaf etdirilən və hələ də istifadə olunan kateqoriyalardan fəsilənin alt kateqoriyasıdır. Linney canlıları 5 taksonomik kateqoriyaya yerləşdirmişdir. Fəsilə bura daxil deyildir.

Sinif (Classis) Qrup (Ordo) Cins (Genus) Növ (Species) Variantlar (Varietas)

Daha sonra Linné bitki və heyvanlara ad vermək üçün ikili adlandırma (binominal nomenklatura), yəni 2 sözdən ibarət bir sistem (Cins adı + Epitet adı = Növ adı) hazırladı. Bu sistem müəyyən dəyişikliklərə məruz qalsa da, yenə də qüvvədədir. Bu gün taksonomik kateqoriyalara və canlı qruplarına görə adlandırma zamanı istifadə edilən formalar aşağıdakılardır:

Aləmüstü (domen) Aləm (Regnum) Yarımaləm (Subregnum) Tip/Şöbə (Diviso-Phylum) (-phyta) Yarımtip/Yarımşöbə (Subdivisio-Subphylum) Sinif (Classis) (-opsida) Yarımsinif (Subclassis) Dəstə/Sıra (Ordo) (-ales) Yarımdəstə/Yarımsıra (Subordo) Fəsilə (Familia) (-aceae) Yarımfəsilə (Subfamilia) Triba (Tribus) (-eae) Yarımtriba (Subtribus) Cins (Genus) Alt cins (Subgenus) Seksiya (Sectio) Yarımseksiya (Subsectio) Cərgə (Serie) Yarımcərgə (Subserie) Növ (Species) Yarımnöv (Subspecies) Varitet/Müxtəliflik (Varietas) Yarım müxtəliflik (Subvarietas) Forma (Forma) Yarımforma (Subforma)

Kateqoriya:Taksonomik kateqoriyalar Kateqoriya:Yarımfəsilələr Kateqoriya:Bitkilərin təsnifatı