İliya Vladimiri Abuladze (; ) — gürcü tarixçisi, dilçisi və alimi. Filologiya elmləri namizədi (1938), professor (1947) və Gürcüstan Milli Elmlər Akademiyasının müxbir üzvü (1950) olmuşdur.
Həyatı 1901-ci ildə Gürcüstanın qərbindəki tarixi İmereti bölgəsindəki Zeda Sakara kəndində doğulmuşdur. Burada ikisinifli məktəbi bitirdikdən sonra 1921-ci ildə Kutaisi Oğlanlar Gimnaziyasını da birinciliklə bitirib universitet həyatına başlamışdır. 1927-ci ildə Tbilisi Dövlət Universitetindən məzun olduqdan zonra 1932-ci ildə akademik fəaliyyətə keçid etmişdi.
Qədim gürcü tarixi və erməni-gürcü dilləri arasındakı əlaqələrin tədqiqatçısı olan Abuladze araşdırmaları zamanı 28 sentyabr 1937-ci ildə Matenadaranda Alban əlifbasının yenidən kəşfinə gətirib çıxaracaq 7117 nömrəli əlyazmanın tapması ilə məşhurdur. 1950-ci ildə Gürcüstan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilən alim 1958-ci ildə Gürcüstan Milli Əlyazmalar Mərkəzinin əsasını qoymuşdur. 1938–1968-ci illərdə Tbilisi Dövlət Universitetində professor kimi işləmişdir. 1961-ci ildə Əməkdar Elm İşçisi adını almışdır.
100-dən çox kitabın müəllifidir. 1968-ci ildə vəfat edərək alimlər və yazarların ənənəvi basdırıldığı Didube panteonunda dəfn edilmişdir. Qədim Gürcü dilinin lüğəti () kitabı ölümündən sonra, 1973-cü ildə dərc edilib.Rapp, Stephen H. (2003), Studies In Medieval Georgian Historiography: Early Texts And Eurasian Contexts, səh. 16. Peeters Bvba ISBN 90-429-1318-5
İstinadlar
Kateqoriya:Gürcüstan alimləri Kateqoriya:Tbilisi Dövlət Universitetinin məzunları Kateqoriya:SSRİ tarixçiləri Kateqoriya:XX əsr tarixçiləri