ABŞ-nin Tarixi Yerlərin Milli Reyestri () — ABŞ federal hökuməti tərəfindən aparılan tarixi abidələrin rəsmi siyahısı. Siyahiya fərdi tarixi binalar, bütöv tarixi rayonlar və digər obyektlər (məsələn, muzey gəmiləri) daxil edilir.
"Milli Tarixi Abidə" () statusu olan bütün obyektlər avtomatik olaraq Tarixi Yerlərin Milli Reyestrinə əlavə edilir. Bununla birlikdə, reyestr obyektlərinin çoxunun bu statusu yoxdur: siyahıda olan səksən min obyektdən yalnız 2430-u "Milli Tarixi Abidə" statusuna malikdir.
Reyestr 1966-cı ildən bəri aparılır.
İstinadlar
Xarici keçidlər
Rəsmi veb-saytı
Kateqoriya:Tarixi Yerlərin Milli Reyestri (ABŞ)