Tyerri Anri () — keçmiş Fransa futbolçusu.

Həyatı Anri peşəkar karyerasını 1994-cü ildə "Monako" klubunda başlayıb, oradan ilk dəfə olaraq milli komandaya çağırılıb. 1998-ci ildə futbolçunu Turinin Yuventus klubu alır. Yuventusda Anri sol cinah yarımmüdafiəçisi rolunda oynayır, lakin uğursuz sezondan sonra, 1999-cu ildə o 10,5 mln funt sterlinqlə Londonun Arsenal klubuna keçir.

Arsenalda Anri dünya ulduzuna çevrilir. Arsen Venqerin məşqçiliyi altında Anri klubun güclü hücumçusu olur. O, dörd dəfə İngiltərə Çempionatının bombardiri və iki dəfə Qızıl buts mükafatını qazanır. 2005-ci ildə Anri Arsenalın tarixi ərzində ən sərrast bombardiri olur. Tyerri iki dəfə dünyanın ən yaxı futbolçusu adına təklif olunub və iki dəfə İngiltərə Premyer-Liqası mükafatını qazanıb. Arsenalda keçirdiyi axırıncı iki ildə Anri komandasının kapitanı olur, 2006-cı ildə isə komandasına UEFA Çempionlar Liqasının finalına çıxmağa kömək edir, halbuki 2007-ci ilin iyununda Arsenalda keçirdiyi səkkiz ildən sonra 16.1 mln funt sterlinqlə Barselonaya transfer olunub. 2007-ci ilin noyabrında, AVRO 2008 seçmə mərhələsində, Litvaya qarşı oyunda Tyerri özünün Fransa millisindəki 42-ci qolunu vurdu və bununla da o, Mişel Platinini keçərək Fransa tarixində ən məhsuldar oyunçu oldu.

Fransa millisinin heyətində Anri 1998-ci ildə Dünya Çempionu və 2000-ci ildə Avropa Çempionu oldu. Öz nailiyyətləri ilə o dünyanın ən güclü oyunçularıdan biri sayılır.

Meydandan kənarda Anri futbolda rasizmə qarşı aktiv mübarizə aparır, çünki həyatda özü belə hallarla rastlaşıb. Oyun tərzi və inanılmaz sürəti Anrini dünyanın ən şöhrətli oyunçularından birinə çevirmişdir. O Nike, Reebok, Reno, Pepsi, Gillette kimi kompaniyaların reklam çarxlarında çəkilib. L'Equipe magazine jurnalının araşdırmasına görə Tyerri Anri 2007-ci ildə Fransanın ən çox gəlir qazanan idmançısı olmuşdur.

2008-ci ilin iyulunda Londonun Arsenal klubunun rəsmi saytında keçirilən sorğunun nəticələrinə görə, Tyerri Anri klubun tarixi ərzində ən yaxşı oyunçusu seçilmişdir.

Futbolçu kariyerası

Monako 1990-cı ildə Monako skoutlarından Arnold Katalonanı Tyierri Anrinin oyununa baxmaq üçün göndərir. Skoutun baxdığı oyunda Anri 6 dəfə fərqlənir və ona Monakonun gənc komandasına qoşulmaq təklif olunur. Məktəbdəki qiymətləri yaxşı olduğundən heç bir çətinlik cəkmədən, Anri Arsen Vengerin başçılıq etdiyi Monakoya yollanır. Debüt oyunu 1994-cü il AVqustun 31ində Nice qarşı oynadıqları 2–0 lıq məğlubiyyət olur. Venger onu ilk öncə mərkəz hücumçusu daha sonra isə sürətinə görə cinah yarım müdafiəçisi kimi oynadır.

Qazandığı trofeylər Dünya Çempionu: 1998 Vitse-dünya Çempionu: 2006 DÇ-ları iştirakçısı: 1998, 2002, 2006 Avropa Çempionu: 2000 AÇ-ları iştirakçısı: 2000, 2004, 2008 Konfederasiya Kubokunun qalibi: 2003 Fransa Çempionu: 1996–97 Fransa Kubokunun qalibi: 1997 İngiltərə Çempionu: 2001–02, 2003–04 İngiltərə Kubokunun qalibi: 2002, 2003, 2005 İngiltərə Superkubokunun qalibi: 2002, 2004 İspaniya Çempionu: 2008–09 İspaniya Kubokunun qalibi: 2009 Çempionlar Liqasının qalibi: 2009 Qızıl buts sahibi: 2004, 2005 İngiltərə Premyer-Liqasının bombardiri: 2002, 2004, 2005, 2006 İngiltərə Premyer-Liqasında ilin oyunçusu: 2006

İstinadlar

Anri Anri Anri Anri Anri Anri Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:Fransanın kişi futbolçuları Kateqoriya:"Fəxri legion" ordeninin kavalerləri Kateqoriya:FİFA 100 Kateqoriya:Fransa U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Fransa milli futbol komandasının oyunçuları Kateqoriya:FİFA Dünya Kubokunun qalib futbolçuları Kateqoriya:UEFA Avropa Çempionatının qalibləri Kateqoriya:Monako FK futbolçuları Kateqoriya:Arsenal FK futbolçuları Kateqoriya:Fransa futbol məşqçiləri Kateqoriya:İngiltərənin Futbol Şöhrət Zalının üzvləri Kateqoriya:Nyu-York Red Bullz futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:UEFA Çempionlar Liqasının qalib futbolçuları Kateqoriya:UEFA Avropa Çempionatının qalib futbolçuları Kateqoriya:Fransa Liqa 1 futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:Fransa Liqa 1 məşqçiləri Kateqoriya:UEFA Avro 2008 futbolçuları Kateqoriya:UEFA Avro 2004 futbolçuları Kateqoriya:2006 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:1998 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:2002 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Birinci Diviziya/Premyer Liqa bombardirləri Kateqoriya:İngiltərə Federasiya Kuboku finalı futbolçuları Kateqoriya:Fransa milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:2003 FİFA Konfederasiyalar Kuboku futbolçuları Kateqoriya:UEFA Avro 2000 futbolçuları Kateqoriya:İngiltərədə legioner Fransa idmançıları Kateqoriya:İtaliyada legioner Fransa idmançıları Kateqoriya:Cəngavərlik tituluna layiq görülmüş futbol şəxsləri Kateqoriya:Qvadelupa əsilli fransızlar Kateqoriya:"BBC Sports Personality Lifetime Achievement Award" mükafatının sahibləri Kateqoriya:UNICEF-in Xoşməramlı Səfirləri Kateqoriya:İspaniyada legioner futbolçular Kateqoriya:Futbol hücumçuları Kateqoriya:İspaniyadakı əcnəbi kişi futbolçular