Nəsibov Qədir Əşrəf oğlu — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsi rəisinin müavini – MTT qərargahının rəisi.

Həyatı Qədir Nəsibov 1967-ci il iyulun 12-də Ermənistan SSR Krasnoselsk rayonunun Cil kəndində anadan olmuşdur.

Azərbaycan respublikası Prezidentinin 24 iyun 2019-cu il tarixli 1286 nömrəli Sərəncamı ilə polkovnik Qədir Əşrəf oğlu Nəsibova “general-mayor” hərbi rütbəsi verilmişdir.

General 30 Dekabr 2021-ci il tarixlində Qarabağ bplgəsinin iişğaldan azad olunmuş ərazilərə baş çəkərək, orada maddi-texniki xidmətin təşkil olunmasına rəhbərlik edib.

Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2023-cü il tarixli 3991 nömrəli Sərəncamı ilə General-mayor Qədir Əşrəf oğlu Nəsibov hərbi geyim formasını daşımaq hüququ verilməklə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb.

Ailəlidir. Üç övladı var.

Təltifləri (25 iyun 2020) — 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni (24 iyun 2016) — "Vətən uğrunda" medalı frameless|60x60px (30 dekabr 2020) — "Hərbi xidmətlərə görə" medalı

İstinadlar

Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Azərbaycan generalları Kateqoriya:General-mayorlar