İstanbul qırmızısı (, ) — 2017-ci ildə Fərzan Özpətəyin rejissorluğu ilə həmin müəllifin eyniadlı romanı əsasında çəkilmiş Türkiyə dram filmi. Film tamamilə türk aktyorlardan ibarət heyəti ilə türk dilində çəkilmişdir. Filmin ilk beynəlxalq tanıtımı Roma Film Festivalında keçirilmişdir.
Süjeti Yazıçı Orxan Şahin uzun illərdən sonra tanınmış rejissor Dəniz Soysalın ilk romanını yazmağa kömək etmək üçün İstanbula qayıdır. Orxan doğulub boya-başa çatdığı yerlərə nostalgiya ilə baxmağa başlayır, dostları, ailəsi və keçmiş sevgilərini yenidən yaşayır.
İstehsal Çəkilişlərin 2015-ci ilin sentyabrında başlayacağı gözlənilirdi, lakin bir neçə gecikmədən sonra İstanbul şəhərindəki ictimai-siyasi vəziyyət ilə əlaqədar çəkilişlər rəsmi olaraq 12 aprel 2016-cı ildə başlamış və ümumilikdə yeddi həftə davam etmişdir.
Distribusiya Film 2 mart 2017-ci ildə İtaliyada italyan dilində, Türkiyədə isə növbəti gün nümayiş olunmuşdur. İtaliyada "01 Distribution", Türkiyədə isə "Mars Dağıtım" tərəfindən distribusiya olunmuşdur.
Rollarda Xalid Ərgənc — Orhan Şahin Tuba Büyüküstün — Neval
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2017-ci ilin Türkiyə filmləri Kateqoriya:Türkcə filmlər Kateqoriya:İstanbulda çəkilən filmlər Kateqoriya:2017-ci ilin İtaliya filmləri Kateqoriya:2017-ci ilin dram filmləri Kateqoriya:İtalyanca filmlər Kateqoriya:İtaliyanın dram filmləri Kateqoriya:Dramlar Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması