Tsabit () — Əlcəzairin mərkəzi hissəsində, Adrar vilayətində şəhər və kommuna. Eyniadlı dairənin inzibati mərkəzidir.
Coğrafi mövqe Şəhər vilayətin mərkəzi hissəsinin şimalında, Böyük Səhranın şimal-qərbindəki vahələrindən birinin ərazisində, paytaxt Əlcəzairdən təxminən 971 kilometr cənub-cənub-qərbdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 252 metrdir.
Tsabit kommunası Bəşar vilayətinin Sbaa, Metarfa, Şəruin, Talmin, Xabi və Tabelbala kommunaları ilə həmsərhəddir. Sahəsi 13,263 km2-dir.
İqlim Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı – 17 mm). Orta illik temperatur 24,3 °C-dir. Ən soyuq ayın (dekabrın) orta temperaturu 11,5 °C, ən isti ayın (iyul) orta temperaturu 36,8°C-dir.
İstinadlar
Kateqoriya:Əlcəzair şəhərləri