Vasili (Vaso) Alekseyeviç Abaşidze (; ) — Gürcüstan aktyoru, Gürcüstan SSR xalq artisti (1922). O, milli aktyor sənətində realizm cərəyanının banilərindən biri hesab edilir.Большая советская энциклопедия. Гл. ред. А. М. Прохоров, 3-е изд. Т. 1. А — Ангоб. 1969. 608 стр., илл.; 47 л. илл. и карт, 1 отд. л. табл.

Həyatı 4 dekabr 1854-cü ildə Rusiya imperiyasında, indiki Gürcüstanın Duşeti şəhərində anadan olmuşdur. İbtidai təhsilini Tiflisdə almış, sonra Kutaisi Klassik Gimnaziyasını bitirmişdir. 1872–1877-ci illərdə Kutaisidə, 1877–1879-cu illərdə Şuşada müəllimlik etmişdir. Abaşidze 1874-cü ildə Kutaisidə Aleksandr Ostrovskinin “Gəlirli yer” pyesinin gürcü dilində ilk tamaşasında iştirak etmişdir.Большая советская энциклопедия. Гл. ред. С. И. Вавилов, 2-е изд. Т. 1. Т. 1. А — Актуализм. 1949. 640 стр., илл.; 53 л. илл. и карт.

İstinadlar

Xarici keçidlər Абашидзе, Василий Алексеевич — статья из Большой советской энциклопедии. 

Kateqoriya:Gürcüstan aktyorları Kateqoriya:Rusiya aktyorları Kateqoriya:SSRİ aktyorları Kateqoriya:XX əsr tərcüməçiləri Kateqoriya:Gürcüstanın xalq artistləri Kateqoriya:Gürcüstan SSR xalq artistləri Kateqoriya:XX əsr aktyorları