Ədil Arifoğlu () – tədqiqatçı jurnalist, AzTV-nin hərbi vətənpərvərlik redaksiyasının baş rejissoru, hərbi reportyor və müharibə reportyoru Birinci və İkinci Qarabağ Müharibəsinin hərbi jurnalist kimi iştirakçısı.
Həyatı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişdir. İxtisasca rejissor idi.
Arxivində Birinci Qarabağ Müharibəsinə aid 500 saatlıq videomateriallar var. Füzuli, Cəbrayıl, Qubadlı, Ağdam və Kəlbəcər istiqamətində gedən döyüşlərin videoçəkilişlərini edib. 1994-cü ilin fevralında Füzulinin Seyidəhmədli kəndi istiqamətində gedən döyüşlər zamanı qarşı tərəfdən açılan snayper atəşi nəticəsində boğazından yaralanıb.
2024-cü il 28 iyul tarixində vəfat edib və doğulduğu İmişli rayonunda dəfn olunub.
İstinadlar
Xarici keçidlər 20px|link=YouTube MÜHARİBƏNİ QAN İÇİNDƏ ÇƏKƏN JURNALİST: "ŞOU GÖSTƏRMƏYİN..."
Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycanın kişi jurnalistləri Kateqoriya:Hərbi reportyorlar Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları