Dnestryanı bayrağı — Dnestryanı Respublikasının dövlət bayrağıdır. Keçmiş Moldova Sovet Sosialist Respublikası bayrağının bir versiyası olan bayraq, 2000-ci ildə dövlət rəmzləri haqqında qanunla qəbul edilib.

thumb|Nömrə nişanı üzərində Dnestryanı bayrağı

Tarixi 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Dnestryanı xalqı, yeni Moldova bayrağından istifadə etməkdən imtina edərək, Sovet İttifaqı və Moldova SSR bayrağından istifadə etməyə davam etdi. 2000-ci ildə rəsmi olaraq Dnestryanı bayrağı statusunu qazandı.

İstifadəsi 200px|thumb|Dnestryanı bayrağının variantı: ulduzsuz, çəkicsiz və oraqsız MSSR bayrağı 200px|thumb|Dnestryanı rəhbərinin variantı Dövlət işlərində yalnız rəsmi bayraqdan istifadə edilə bilər. Dnestryanı qanunları həmçinin şəxsi və kommersiya biznesi üçün çəkic və oraqsız sadələşdirilmiş versiyanın istifadəsinə icazə verir. Bayrağın rəsmi və ümumi nisbəti 1:2 olsa da, zaman-zaman 2:3 nisbətindən də istifadə olunur.

İstinadlar

Kateqoriya:Dnestryanı Kateqoriya:Tanınmayan və ya qismən tanınan dövlətlərin bayraqları Kateqoriya:Avropa bayraqları