İsmətli (əvvəlki adı: Konstantinovka) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun İsmətli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Biləsuvar rayonunun Konstantinovka kəndi Kirovka kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Konstantinovka kənd Soveti yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Biləsuvar rayonunun Konstantinovka kəndi İsmətli kəndi adlandırılmışdır.
Toponimikası Yaşayış məntəqəsini XIX əsrdə Rusiyadan köçürülmüş rus kəndliləri Konstantinovka adı ilə salmışdılar. 1992-ci ildən kəndə İsmət Qayıbovun şərəfinə İsmətli adı verilmişdir.
Tarixi
Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Coğrafiyası və iqlimi Kənd düzənlikdə yerləşir.
Əhalisi İl Daimi əhali Kişilər Qadınlar19993334161417202009↗3884↗1976↗1908
Tanınmış şəxsləri Mütəllimli Mətləb Əzizulla oğlu — Sosial Ədalət Partiyasının sədri, Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı, Azərbaycan Ali Sovetinin XII çağırış deputatı, Azərbaycan Respublikasının baş prokurorunun birinci müavini.
Ələddin Eyvazov — azərbaycanlı alim. Fikrət Cahangirov — filologiya elmləri doktoru, professor. Pərviz Cəbrayıl — azərbaycanlı yazıçı. Əli Davudov - tibb elmləri namizədi,dosent. Görkəmli travmatoloq.Travmatologiya institutunda şöbə müdiri
İqtisadiyyatı Əhalisi əsasən pambıqçılıq, taxılçılıq və heyvandarlıqla məşğul olur.
Mədəniyyəti Kənddə İsmətli kənd kitabxana filialı, İsmətli kənd klubu, İsmətli Poçt Şöbəsi (AZ1318) və İsmətli EATS fəaliyyət göstərir.
Təhsil Kənddə Xanlar Qafarov adına İsmətli kənd tam orta məktəbi fəaliyyət göstərir.
Din Kənddə 20 aprel 2016-cı ildə qeydiyyatdan keçən, şəhadətnamə nömrəsi 100115 A-624 olan İsmətli kəndi "Əbülfəzl" məscidi dini icması fəaliyyət göstərir.
Səhiyyə Kənddə İsmətli kənd həkim məntəqəsi yerləşir.
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
Kateqoriya:Biləsuvar rayonunun kəndləri Kateqoriya:İsmətli kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri