Venustiano Karransa de la Qarsa (; ) — Meksika dövlət və siyasət xadimi, Meksika inqilabının iştirakçısı, 1914–1917-ci illərdə konstitusional hökumətin başçısı, 11 mart 1917-ci ildən 21 may 1920-ci ilə qədər Meksika Prezidenti.
Həyatı Venustiano Karransa de la Qarsa 29 dekabr 1859-cu ildə Kuatro-Syeneqas-de-Karransada anadan olmuşdur. Ştat hökumətində müxtəlif vəzifələrdə çalışmışdır. 1901-ci ildə senata seçilmişdir. 1910-cu ildə Porfirio Diasa qarşı üsyan edən Fransisko Maderonu dəstəkləmişdir. 1913-cü ildə Viktoriano Uerta ilə müharibəyə rəhbərlik etmişdir. 1914-cü ildə Uertanın devrilməsindən sonra Karransa müvəqqəti prezident olmuş və 1917-ci ildə yeni konstitusiyaya uyğun olaraq prezidentliyə seçilmişdir.
Karransa Birinci Dünya müharibəsi zamanı Meksikanı neytral ölkə kimi saxlaya bilmişdir. Yeni konstitusiyaya əsasən, torpağın alt qatı milli sərvət elan edilmiş, xarici neft şirkətlərinin fəaliyyəti dövlət nəzarətinə verilmişdir. Bu tədbirlər, eləcə də vergi və rüsumların artırılması Britaniya və Şimali Amerika sahibkarlarının narazılığına səbəb olmuşdur. Bununla belə, Karransa heç vaxt vəd edilmiş aqrar islahatlar proqramını yerinə yetirə bilməmiş və bu, onun hakimiyyətinin süqutuna səbəb olmuşdur. 1920-ci ildə Alvaro Obreqon dövlət çevrilişi etmişdir. Karransa paytaxtdan Verakrusa qaçmış, lakin yolda 21 may 1920-ci ildə Tlaskalantonqo şəhərində tutulmuş və güllələnmişdir.
İstinadlar
Əlavə ədəbiyyat
Kateqoriya:Meksika prezidentləri Kateqoriya:Meksika hərbçiləri Kateqoriya:Öldürülmüş prezidentlər