Migel de la Madrid Urtado (; ) — Meksika siyasətçisi, 1982–1988-ci illərdə Meksika Prezidenti.
Həyatı 1957-ci ildə Meksika Milli Muxtar Universitetinin hüquq fakültəsində təhsil almışdır. 1965-ci ildə Harvard Universitetində dövlət idarəçiliyi üzrə magistr dərəcəsi əldə etmişdir. Daha sonra Meksika Milli Bankı və "Bancomext"də çalışmışdır. 1968-ci ilə qədər Meksika Milli Muxtar Universitetində dərs demişdir. 1963-cü ildən İnstitusional İnqilab Partiyasının (PRI) üzvüdür. 1965-ci ildə maliyyə naziri təyin edilmişdir. 1970–1972-ci illərdə "Pemex"in direktor müavini olmuşdur. 1972-ci ildə kredit üzrə baş direktor vəzifəsində yenidən maliyyə nazirliyinə qayıtmışdır. 1976–1982-ci illərdə Prezident Xose Lopes Portilyo yanında büdcə üzrə katib olmuşdur. 1982-ci ildə Portilyodan sonra prezident olmuşdur.
O, prezident olanda ağır iqtisadi böhranla üzləşmişdi. Sələfindən fərqli olaraq, onun administrasiyası iri dövlət konqlomeratlarının liberallaşdırılması və özəlləşdirilməsi ilə xarakterizə olunurdu. O, 1986-cı ildə Meksikanın Tariflər və Ticarət üzrə Baş Sazişə (indiki Ümumdünya Ticarət Təşkilatı) qoşulmasını asanlaşdıran tədbirlər görmüşdür. Onun populyarlığı 1985-ci il zəlzələsi və vəziyyətin nəzarətə alınması cəhdləri ilə sarsılmışdı. O, 1988-ci ildə seçkilərdə iştirakdan imtina etmiş və onu Karlos Salinas de Qortari əvəz etmişdir.
İstinadlar
Əlavə ədəbiyyat Castañeda, Jorge G. Perpetuating Power: How Mexican Presidents Were Chosen. New York: The New Press 2000. Krauze, Enrique, Mexico: Biography of Power. New York: HarperCollins 1997.
Xarici keçidlər
Biography by CIDOB (in Spanish)
Kateqoriya:Meksika prezidentliyinə namizədlər