Avaran — Azərbaycan Respublikasının Qusar rayonunun Avaran kənd inzibati ərazi dairəsində kənd.

Tarixi

Coğrafiyası Kənd Qusarçayın sol sahilində, Qusar maili düzənliyində yerləşir.

Toponimikası Oykonim "avar" etnonimindən və "-an" (məkan və cəmlik bildirir) şəkilçidən düzəlib, "avarların yeri" mənasındadır. Mənbələrdə VI əsrin ortalarından etibarən Şimali Qafqazdan Albaniya ərazisinə gəlmiş türkdilli avar tayfasının adı ilə bağlı Avarqan dərəsi oronimi Qubadlı rayonu ərazisində qeydə alınmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Bakı: Şərq-Qərb, 2007, səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1343 nəfər yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı: 2010, səh.629 Əhali ləzgilərdən ibarətdir.

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikası Qusar Rayon İcra Hakimiyyəti

Həmçinin bax Avaranqışlaq Avaran (Eçmiədzin)

Kateqoriya:Qusar rayonunun kəndləri