Kətəban — e.ə. I minilliyin əvvəllərindən b.e. I–II əsrlərinə qədər mövcud olmuş qədim Cənubi Ərəbistan (qədim Yəmən) padşahlığı. Bu, səbailər, məinlilər, həzrəmövtlülər, himyarlılar və əvsanlılar ilə birlikdə qədim Yəmənin altı qədim Cənubi Ərəbistan krallığından biri idi.

Coğrafiya Kətəban Bəyhan vadisi ətrafında mərkəzləşmişdi və paytaxtı Timnə şəhəri idi.

Kətəbanın qonşuları şimal-qərbdə və qərbdə səbailər, cənubda əvsanlılar və şərqdə həzrəmövtlülər idi. Kətəbanın ərazisi maksimum dərəcədə cənub-qərbdə Babül-Məndəb, şimalda Ramlat-əs-Sabataym və şərqdə Həzrəmövtün qərb sərhədlərinə qədər uzanırdı.

İstinadlar

Əlavə ədəbiyya

Alessandro de Maigret. Arabia Felix, translated Rebecca Thompson. London: Stacey International, 2002.

Andrey Korotayev. Ancient Yemen. Oxford: Oxford University Press, 1995. . Andrey Korotayev. Pre-Islamic Yemen. Wiesbaden: Harrassowitz Verlag, 1996. . Andrey Korotayev. Socio-Political Conflict in the Qatabanian Kingdom? (A re-interpretation of the Qatabanic inscription R 3566) // Proceedings of the Seminar for Arabian Studies 27 (1997): 141–158.

Kateqoriya:Qədim Yəmən Kateqoriya:Yaxın Şərqdə tarixi dövlətlər Kateqoriya:Tarixi krallıqlar Kateqoriya:Qədim Yaxın Şərq Kateqoriya:Himyər dövləti