Ağalıkənd — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Ağalıkənd kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Oykonim ağalı (etn.) və kənd sözlərindən düzəlib, etnotoponimdir. 1917-ci ildə Ağamkənd adı ilə qeydə alınmış bu yaşayış məntəqəsi 1941-ci ilədək Sarpabad adlanmışdır. 1870-ci ilə aid bir sənəddə yaşayış məntəqəsinin keçmiş dilağarda tayfasının canşalı (cahanşahlı) tirəsinin ağalı nəsli tərəfindən salındığı haqqında məlumat verilir.

Coğrafiyası və iqlimi Kənd rayonun cənub-şərqində, Muğan düzündə yerləşir. Əsgərabad, Aşağı Cürəli, Dərvişli, Təzəkənd kəndləri ilə sərhəddir.

Əhalisi İl Daimi əhali Kişilər Qadınlar19993518175417642009↗4195↗2130↗2065

Tanınmış şəxsləri Əlibala Hacızadə — yazıçı.

İqtisadiyyatı Kənddə 1100 təsərrüfat qurğusu var. "Modul" tipli sudurulducu qurğu fəaliyyət göstərir.

Mədəniyyəti Kənddə Ağalıkənd kitabxana filialı, Ağalıkənd Mədəniyyət Evi və Ağalıkənd Poçt Şöbəsi (AZ1311) fəaliyyət göstərir.

Kənddə 1 şadlıq evi mövcuddur.

Təhsil Kənddə Ağalıkənd tam orta məktəbi fəaliyyət göstərir.

Din Kənddə 1990-cı ildə inşa edilmiş Ağalıkənd məscidi yerləşir.

Səhiyyə Kənddə Ağalıkənd həkim məntəqəsi yerləşir.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Kateqoriya:Biləsuvar rayonunun kəndləri Kateqoriya:Ağalıkənd kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri