Mədrəsə — Azərbaycan Respublikasının Şamaxı rayonunun Mədrəsə qəsəbə inzibati ərazi dairəsində qəsəbə.

Tarixi Rayon mərkəzindən 7 km cənub–qərbdə, Ləngəbiz silsiləsinin ətəyindədir. 19 əsrdə Şamaxı qəzasının Qoşun sahəsində Mədrəsə kəndi (483 ailə, 2774 nəfər) qeydə alınmışdır. Qədim yaşayış məntəqələrindən olan kəndin adı ehtimal ki, bu ərazidəki dini məktəbin adındandır. Mədrəsə ərəb dilində "tədris müəssisəsi, məktəb" mənasındadır. Keçmişdə Mədrəsə kəndinin ətrafı, oradakı Cümə məscidinin malikənəsi vəqf torpağı olmuşdur. Hazırda kənddə Qərbi Azərbaycandan köçürülənlər yaşayırlar."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti", II cild, Bakı, "Şərq-Qərb", 2007, s. 101N. Bəndəliyev "Dağlıq Şirvanın toponimləri", Bakı, "Elm", s.134

Mədəniyyət Tam orta məktəb, klub, kitabxana və tibb məntəqəsi var.

Din Qəsəbədə Mədrəsə qəsəbə məscidi dini icması fəaliyyət göstərir.MÜSƏLMAN DİNİ İCMALAR — 2016-cı ildə qeydiyyatdan keçənlər . scwra.gov.az

Əhalisi Qəsəbə əhalisini etnik azərbaycanlılar və Axısqa türkləri təşkil edir.Şamaxı Rayon İcra Hakimiyyəti: Rayon haqqında: Əhalisi 13–22 aprel 2009-cu il Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən Mədrəsə qəsəbəsində 2.115 nəfər (1.037 nəfəri kişilər, 1.078 nəfəri qadınlar) əhali yaşayırdı.Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: Şamaxı rayonu

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumatına əsasən Mədrəsə qəsəbəsinin 2.2 min nəfər əhalisi vardır.Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: 2.5. 2012-ci ilin əvvəlinə iqtisadi və inzibati rayonlar, eləcə də şəhər yaşayış məntəqələri üzrə əhalinin cins bölgüsündə sayı (min nəfər)

İstinadlar

Xarici keçidlər Şamaxıdakı kilsə Azərbaycanın qorunan abidələrinin siyahısına salınacaq (FOTO)

Kateqoriya:Şamaxı rayonunun qəsəbələri