Tağlabiyan — Azərbaycan Respublikasının İsmayıllı rayonunun Tağlabiyan kənd inzibati ərazi dairəsində kənd.
Kənddə məktəb, kitabxana, tibb məntəqəsi vardır. Kənd rayonun «Bədo–Basqal» turizm zonasında yerləşir. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur. Kəndə avtomobillə getmək olar.
Coğrafiyası və iqlimi Tağlabiyan rayon mərkəzindən 40 km şərqdə Niyaldağ silsiləsinin ətəyində yerləşir.
Əhalisi Kəndin əhalisi 246 nəfərdir ki, onun da 121 nəfəri kişi, 125 nəfəri qadındır.
İqtisadiyyatı Əhali əsasən heyvandarlıq və bostançılıqla məşğul olur.
İstinadlar
Həmçinin bax
Kateqoriya:İsmayıllı rayonunun kəndləri