Mark "Turop" Eşton Van Orman () — amerikalı karikaturaçı, animasiyaçı, ssenarist, prodüser, rejissor və səsləndirmə aktyoru. O, 2008–2010-cu illərdə Cartoon Network telekanalında yayımlanan "Flepcek" cizgi serialının yaradıcısı və icraçı prodüseri olmuşdur. Üstəlik bu serialda o, həmçinin baş qəhrəman olan Flepceki səsləndirmişdir. Van Orman rejissorluq debütünü 2019-cu ildə ekranlara çıxan "Qəzəbli quşlar 2" filmi ilə etmişdir.
Həyatı və fəaliyyəti Van Orman Virciniya ştatının Norfolk şəhərində doğulub böyüyüb.
Van Orman CalArts-da animasiya üzrə təhsil almazdan əvvəl Zantaro adlı videooyun şirkətində çalışıb. O, "Camp Lazlo", "The Powerpuff Girls" və "The Grim Adventures of Billy & Mandy" cizgi serialları üçün hekayə rəssamı və ssenari müəllifi kimi fəaliyyət göstərib. O, həmçinin "Macəra zamanı" və "Sanjay and Craig" serialının ilk mövsümünün prodüseri olmuşdur. Turop bundan əlavə DeviantArt-da pərəstişkarlarının fan-artına cavab verməklə tanınır.
Van Ormanın qardaşı Conni, onu "Flepcek" serialını yaratmaqda və Cartoon Network-da animasiya sahəsində karyera qurmağa ruhlandırıb. Van Orman 1999-cu ildə Şerri Van Orman ilə ailə həyatı qurub. Onların Blossom https://twitter.com/littlethurop/status/1649860376597762048 və Hazel adında iki qız övladı var.
Orman 2013-cü ildən "North Woods" adlı animasiya layihəsi üzərində işləyir. Bu, layihə ilk dəfə 2013-cü ildə "Black Forest" adlı potensial stop-motion cizgi filmi kimi Nickelodeon-a təqdim edilmişdir. Nickelodeon tərəfindən ötürüldükdən sonra layihə 2016-cı ildə Disney XD üçün "Disney Television Animation"-a təqdim edildi. Layihənin inkişafı 2018-ci ildə Disney tərəfindən dayandırıldı, lakin daha sonra Disney Channel üçün 2021-ci ildə yenidən canlandırıldı.
Film işləri Van Orman "Balaca Şahzadə" filminin adaptasiyası üçün konsept rəsmlərini təqdim etdi. O, film üçün ideyaları və vizualları təmsil edən vizual dizaynlar və illüstrasiyalar yaratmışdır. Konsept rəsmlər tez-tez film istehsalının ilkin mərhələlərində filmin vizual üslubunu və estetikasını yaratmaq üçün istifadə olunur. O, həm də Twitter-də Vikinqlər haqqında film yazacağını elan etmişdir.
Filmoqrafiya
Filmlər İl Ad Rol 2015 Balaca şahzadə Konsept rəssamı 2019 Qəzəbli quşlar 2 RejissorTBA Untitled Vikings film Ssenari müəllifi
Teleseriallar
Qrup işi İl Ad Rol 2004 The Powerpuff Girls Story, storyboard artist, and writer 2004–05 The Grim Adventures of Billy & Mandy Story, storyboard artist, storyboard revisionist 2005–07 Camp Lazlo Writer, storyboard artist, and storyboard director 2008–10 Flepcek Creator, executive producer, story, writer, storyboard artist, director 2010–11 Macəra zamanı Supervising producer, story (season 2) 2013–14 Sanjay and Craig Supervising producer, creative consultant 2016–18 Home: Adventures with Tip & Oh Co-developer, story, writer, executive producer 2019, 2022 Amphibia Voice actor, Special thanksTBANorth WoodsCreator
Aktyor kimi İl Ad Rol Qeydlər 2008–10 Flepcek Flapjack / Background Singer / Additional voices 46 episodes 2011–18 Macəra zamanı Tree Witch / Kent / Wishy 3 episodes 2011 Cartoon Network: Punch Time Explosion XL Flapjack Video game 2012–16 Qraviti Fols Gideon Gleeful 9 episodes 2013, 2014 Sanjay and Craig Additional voices 8 episodes 2016 The Magnificent Menagerie of Melvin McMelanie Short film Home: Adventures with Tip & Oh 1 episodeAmphibiaSprig PlantarPilot only 2018–20 Rise of the Teenage Mutant Ninja Turtles Todd Capybara 7 episodes 2019 Qəzəbli quşlar 2 Duck / Seal Film2023KiffLouis1 episode
İstinadlar
Xarici keçidlər
Thurop Van Orman on DeviantArt
Kateqoriya:Hollandəsilli amerikalılar