Alıuşağı — Azərbaycan Respublikasının Samux rayonunun Alıuşağı kənd inzibati ərazi dairəsində kənd. 15 mart 2002-ci il tarixli 273-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Samux rayonunun Əliuşağı kəndi Zazalı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Əliuşağı kənd inzibati ərazi dairəsi yaradılmışdır.

Toponimikası Yerli əhali kəndin adını Alıuşağı kimi tələffüz edir və həmin formada da işlədir. Oykonim alıuşağı nəslinin adını əks etdirir, etnotoponimdir.

Coğrafiyası və iqlimi Kənd Gəncə-Qazax düzənliyində yerləşir.

Əhalisi Əhalisinin sayı 1799 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Samux rayonunun kəndləri