İvan Nevistiç (; ) — Xorvatiya Futbol Liqasının "GNK Dinamo Zaqreb" klubunda qapıçı kimi çıxış edən xorvatiyalı peşəkar futbolçu.
Klub karyerası Nevistiç karyerasına "Dyakovo" klubunda başlayıb, 2015-ci ilin iyununda isə "Riyeka"nın gənclər komandasına qoşulub. O, ilk peşəkar müqaviləsini həmin klubla 2016-cı ilin iyununda imzalamışdır. Nevistiç peşəkar olaraq ilk illərinin çoxunu icarə əsasında "Varajdin" klubunda keçirib. O, burada bir mövsüm keçirmiş və 32 matçda oynamışdır. 2018-ci ilin iyulunda Nevistiç "Riyeka" ilə 4 illik yeni müqavilə imzalayıb. Elə həmin il Nevistiç Sloveniyanın "Mura" klubuna icarəyə verilir və o, burada sadəcə ehtiyat qapıçı kimi 1 oyunda iştirak edir.
"Riyeka" klubu 2020–21 UEFA Avropa Liqasında öz qrupunda sonuncu yeri tutduğuna görə Nevistiç qrup mərhələsindəki hər hansı digər qapıçıdan daha çox seyv (19) etmişdir.
Beynəlxalq karyera Nevistiç Xorvatiyanın U-14-dən U-20-ə qədər gənclərdən ibarət müxtəlif milli komandalarında çıxış edib. U-17 milli komandasının tərkibində ikən Bolqarıstanda keçirilən 2015 UEFA Avropa U-17 Çempionatında iştirak etmişdir. O, bu turnirdə ehtiyat qapıçı olmuş və yalnız bir matçda, İspaniya qarşı qrup finalında (0:0) oynayıb. Nevistiç Xorvatiya üçün həlledici olan bu matçda qapını təmiz saxlayıb. O, gənclərdən ibarət komandalar təkibində ümumilikdə 31 matçda iştirak etmişdir.
11 oktyabr 2019-cu ildə Nevistiç U-21 milli komandasındakı yeganə oyununu oynamış, Xorvatiyaya qarşı oyunda (1:4) fasilədə Adrian Şemperi əvəz etmişdir.
İstinadlar
Kateqoriya:Xorvatiya Futbol Liqası futbolçuları Kateqoriya:Varajdin FK futbolçuları Kateqoriya:Riyeka FK futbolçuları Kateqoriya:Xorvatiya U-21 milli futbol komandası futbolçuları Kateqoriya:Xorvatiyanın kişi futbolçuları Kateqoriya:Legioner Xorvatiya futbolçuları Kateqoriya:Dinamo Zaqreb FK futbolçuları Kateqoriya:Lokomotiva Zaqreb FK futbolçuları Kateqoriya:Kişi futbol qapıçıları