Chicago Sun-Times — Baş ofisi İllinoys ştatının Çikaqo şəhərində yerləşən gündəlik qəzetdir. Liberal düşüncədə olan bu ABŞ qəzeti 1948-ci ildən etibarən nəşr olunur. Tabloid formatında çap edilən bu qəzetin tirajı 300 min civarındadır.
Çikaqonun mütəmadi olaraq nəşr olunan ən qədim gündəlik qəzeti hesab olunan "Chicago Sun-Times" qəzeti birinci dəfə 1844-cü ildə "Chicago Evening Journal" adı ilə nəşr edilmişdir. Qəzetin xarici ölkələrdə belə tanınmış ən məşhur yazıçısı isə film tənqidçisi Rocer Ebert olmuşdur.
İstinadlar
Xarici keçidlər
Chicago Sun-Times website Chicago Sun-Times and Field Enterprises records at The Newberry Library Field Enterprises records at Newberry Library
Kateqoriya:ABŞ qəzetləri Kateqoriya:İngilis dilində qəzetlər