67-ci Türkiyə hökuməti və ya V. Ərdoğan Hökuməti — 2023-cü il Türkiyə prezident seçkilərindən sonra üçüncü dəfə prezident seçilən Rəcəb Tayyib Ərdoğan tərəfindən qurulan hökumət. Prezident idarəetmə sisteminin ikinci hökumətidir.

Haqqında 3 iyun 2023-cü ildə prezident Rəcəb Tayib Ərdoğanın Türkiyə Böyük Millət Məclisində and içməsi olmuşdur.Erdoğan'ın üçüncü dönemi başladı: Demokrasimizi sivil anayasa ile güçlendireceğiz Həmin gün axşam saatlarında Ərdoğan Çankaya Köşkündə keçirilən mətbuat konfransında yeni kabinetin üzvlərini açıqlayıb. Ərdoğanın yeni nazirlərin təyin edilməsi ilə bağlı 3 iyun 2023-cü il tarixli qərarı 4 iyun 2023-cü il tarixli rəsmi qəzetdə dərc olunub. Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy və Səhiyyə naziri Fəxrəddin Koca istisna olmaqla, kabinetdəki bütün nazirlər yeni şəxslərdir.Cumhurbaşkanı Erdoğan kabinesini açıkladı"67. Türkiye Hükûmeti kabine listesi"

İyunun 4-də formalaşan yeni kabinet 2023-cü il iyunun 6-da prezidentin sədrliyi ilə ilk iclasını keçirib."Yeni Cumhurbaşkanlığı Kabinesi ilk kez toplandı". TRT Haber.

Nazirlər Şurası 2018-ci ildə ləğv edilib. Prezident, vitse-prezident və nazirlərin cəmi Prezident kabineti adlandırılmağa başlasa da, Prezident Kabineti konstitusiyaya daxil edilmiş bir qurum deyil. Lakin bu, Prezidentin heç bir sərəncamında yer almayıb.“CUMHURBAŞKANLIĞI KABİNESİ” Var mı Böyle Bir Şey?

Prezidentin 1 nömrəli Sərəncamında icra hakimiyyətində rol oynayan Prezident təşkilatı “Beşinci hissə: Prezident Aparatına tabe olan qurum və təşkilatlar” və “Altıncı hissə: Nazirliklər” bölmələrində təşkil olunub. Nazirlərin və qurum rəhbərlərinin səlahiyyət müddəti onları təyin etmiş Prezidentin səlahiyyət müddəti ilə məhdudlaşır. Müəssisə və təşkilatların rəhbərləri nazirlərlə birlikdə Prezident təşkilatının tərkibində olsalar da, faktiki “Kabinet iclaslarında” iştirak etmirlər.CUMHURBAŞKANLIĞI TEŞKİLATI HAKKINDA CUMHURBAŞKANLIĞI KARARNAMESİ

Kabinet

V. Ərdoğan Kabineti"Cumhurbaşkanlığı Kabinesi"

Vəzifə Şəkil Adı Partiya Vəzifənin başlanğıcı Vəzifənin sonu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan(1954) Ədalət və İnkişaf Partiyası 28 avqust 2014 Vəzifədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz(1967) Ədalət və İnkişaf Partiyası 4 iyun 2023-cü il Vəzifədə Ədliyyə Naziri Akın Gürlək(1982) Ədalət və İnkişaf Partiyası 11 fevral 2026-cı il Vəzifədə Ailə və Sosial Xidmətlər Naziri Mahinur Özdemir(1982) Bitərəf 4 İyun 2023 Vəzifədə Əmək və Sosial Müdafiə Naziri Vədat Işıkhan(1966) Ədalət və İnkişaf Partiyası 4 İyun 2023 Bitərəf Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Naziri Mehmet Özhaseki(1957) Ədalət və İnkişaf Partiyası 4 İyun 2023 2 İyul 2024 Murat Kurum(1976) Ədalət və İnkişaf Partiyası 2 İyul 2024 Vəzifədə Xarici İşlər Naziri Hakan Fidan(1968) Bitərəf 4 İyun 2023 Vəzifədə Energetika və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar(born 1975) Bitərəf 4 İyun 2023 Vəzifədə Gənclər və İdman Naziri Osman Aşkın Bak(1966) Ədalət və İnkişaf Partiyası 4 İyun 2023 Vəzifədə Xəzinə və Maliyyə Naziri Mehmet Şimşək(1967) Ədalət və İnkişaf Partiyası 4 İyun 2023 Vəzifədə Daxili İşlər Naziri Əli Yerlikaya(1968) Bitərəf 4 İyun 2023 Vəzifədə Mədəniyyət və Turizm Naziri Mehmet Ərsoy(1968) Bitərəf 4 İyun 2023 Vəzifədə Milli Təhsil Naziri Yusuf Tekin(1970) Bitərəf 4 İyun 2023 Vəzifədə Milli Müdafiə Naziri Yaşar Gülər(1954) Bitərəf 4 İyun 2023 Vəzifədə Səhiyyə Naziri Fahrettin Koca(1965) Bitərəf 4 İyun 2023 2 İyul 2024 Kemal Memişoğlu(1966) Bitərəf 2 İyul 2024 Vəzifədə Sənaye və Texnologiya Naziri Mehmet Fatih Kacır(1984) Bitərəf 4 İyun 2023 Vəzifədə Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi İbrahim Yumaklı(1969) Bitərəf 4 İyun 2023 Vəzifədə Ticarət Nazirliyi (Türkiyə) Ömər Bolat(1963) Ədalət və İnkişaf Partiyası 4 İyun 2023 Vəzifədə Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu(1966) Bitərəf 4 İyun 2023 Vəzifədə

Dəyişikliklər 2 iyul 2024-cü ildə Səhiyyə naziri Fahrettin Koca istefa verdi. İstanbul İl Sağlamlıq Müdiri Kamal Memişoğlu Prezident Ərdoğan tərəfindən Səhiyyə naziri təyin edildi.Sağlık Bakanı Fahrettin Koca istifa etti: Yerine Kemal Memişoğlu atandı 2 iyul 2024-cü ildə Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi naziri Mehmet Özhaseki sağlamlıq səbəblərini əsas gətirərək istefa verdi. İstanbul millət vəkili və Ətraf Mühit Komissiyasının rəhbəri Murat Kurum prezident Ərdoğan tərəfindən nazir təyin edildi. 2026-cı il fevralın 11-də Ədliyyə naziri Yılmaz Tunç istefa etdi. Prezident Ərdoğan İstanbulun baş prokuroru Akın Gürləki Ədliyyə naziri təyin etdi."Atama Kararı" T.C. Resmî Gazete 2026-cı il fevralın 11-də Daxili işlər naziri Əli Yerlikaya istefa etdi. Ərzurum valisi Mustafa Çiftçi yeni Daxili İşlər naziri təyin edilib.

Prezidentlik idarələri

Prezidentlik ofisləri Prezidentin Rəqəmsal Transformasiya İdarəsiAli Taha Koç16 oktyabr 2018 Prezidentin Maliyyə İdarəsiGöksel Aşan16 oktyabr 2018 Prezidentin İnsan Resursları İdarəsiSalim Atay16 oktyabr 2018 Prezidentin İnvestisiya İdarəsi Burak Dağlıoğlu 7 fevral 2020 Prezidentliyin Şəxsi katibiHəsən Doğan2 sentyabr 2014

İstinadlar

Kateqoriya:Türkiyə hökumətləri

Xarici keçidlər

Kateqoriya:2023-cü ildə Türkiyədə yarananlar Kateqoriya:Türkiyənin dövlət quruluşu Kateqoriya:Türkiyə hökumətləri Kateqoriya:Rəcəb Tayyib Ərdoğan