Əbu Əbdirrəhman əl-Əsvəd ibn Yezid ibn Qeys ən-Nəxai əl-Kufi (; ) — Tabiin nəslinə mənsub mühəddis, fəqih və qiraət alimi, zöhddə ən yüksək səviyyəyə çatdığı deyilən səkkiz şəxsdən biri, Əlqamənin qardaşı oğlu İbrahim ən-Nəxainin dayısı.

Bioqrafiyası Yəmən əsilli Nəxa qəbiləsinə mənsub olduğu üçün nisbəsi "Nəxai", Kufədə məskunlaşdığı üçün də "Kufi"dir. Künyəsi "Əbu Əmr" olan Əsvəd müxədrəmdir.

Yəməndə Muaz ibn Cəbəldən hədis dinləmiş, Kufədə Abdullah ibn Məsuddan fiqh, təfsir, hədis və digər şəriət elmlərini öyrənmişdir. Quranı ən yaxşı bilənlərdən biri olan Əsvədi, Əhməd ibn Hənbəl, Yəhya ibn Main və digər hədis münəqqitləri (red — təniqdçi) "siqa" adlandırmışdır.

O, Bilal Həbəşi, Huzeyfə ibn Yəman, Salman Farsi, Abdullah ibn Məsud, Əbu Bəkir, Ömər, Əli, Əbu Musa əl-Əşari, Aişə və Ümmü Sələmə kimi bir çox səhabədən hədis almışdır. Əsvəddən də İbrahim ibn Süveyd ən-Nəxai, İbrahim ibn Yezid ən-Nəxai, Riyəb ibn Haris, Dəhhak ibn Müzəhim, oğlu Əbdürrəhman ibn Əsvəd, qardaşı Əbdürrəhman ibn Yezid kimi mühaddislər hədis rəvayət etmişdir.

Yəhya ibn Vəssab, Ubeyd ibn Nudəylə, Şəbi və Əbu İshaq əs-Səbi onun tələbələrindəndir.

Ömrü boyunca zöhd və təqvədan ayrılmayan, ibadətlər ilə zərbi-məsəl olmuş Əsvəd, Kufədə vəfat etmişdir.

İstinadlar

Kateqoriya:Tabiinlər Kateqoriya:VII əsr ərəbləri