Azərbaycan–Ermənistan müharibəsi (1918–1920) (Rusca:Армяно–азербайджанская война (1918–1920); Ermənicə:Հայ-ադրբեջանական պատերազմ (1918–1920) — ermənilər ilə azərbaycanlıların qarışıq yaşadıqları yerlərdə Birinci Dünya müharibəsinin son aylarından etibarən Azərbaycan və Ermənistanda Sovet hakimiyyəti qurulana qədər davam etmiş müharibə.

Hərbi münaqişə Ermənistan və Azərbaycan respublikalarının yaranmasından sonra bu iki yeni dövlətin bir-birinə qarşı ərazi iddiaları əsasında meydana çıxdı. İki dövlətin ordularından başqa, hər iki tərəf qarşı tərəfdəki öz həmvətənlilərindən ibarət hərbi birləşmələri dəstəkləyirdi. Ermənistan Respublikasının hərbi qüvvələri Naxçıvanda, Sürməlidə, Şərur-Dərələyəzdə, köhnə Rusiya imperiyasının İrəvan quberniyasının İrəvan şəhərində azərbaycanlı hərbi dəstələrə qarşı birbaşa əməliyyatlar təşkil etmiş, Azərbaycan isə Qarabağ və Zəngəzurda erməni milli şuralarına qarşı hərbi əməliyyatlar həyata keçirmişdir. Bütün bunlara baxmayaraq, bu iki dövlət bir-biriləri ilə birbaşa hərbi əməliyyatlara girmədilər. Münaqişə zamanı bir neçə qırğınlar həyata keçirilmiş, bölgənin etnik göstəriciləri xeyli dəyişikliyə məruz qalmışdır. Müttəfiq dövlətlərin nümayəndələrinin müdaxilələri, eləcə də daha kiçik kontekstdə Gürcüstanın vasitəçilik cəhdləri uğurlu olmamışdır. Beləliklə, iki millət arasında hərbi münaqişə yalnız RSFSR-in Qızıl Ordusunun XI bölməsi tərəfindən bölgənin işğal edilməsi ilə müvəqqəti də olsa, sonlandı.

Ermənistan–Azərbaycan münaqişəsinin səbəbləri və zəmini Ermənilər və azərbaycanlılar arasında etnik münaqişə dərin tarixi köklərə malikdir və xalqlar arasında dini, mədəni fərqliliklər fonunda qarşılıqlı ərazi iddiaları yaranmışdı.

Hər bir halda, milli, dini, sosial və iqtisadi fərqliliklər iki toplum arasında açıq düşmənlik halına yalnız XIX əsrin sonlarında gəldi. Bölgəyə rusların yerləşməsindən sonra XVIII və XIX əsr boyunca ermənilər Azərbaycan türklərindən ibarət aristokratiyanın ağalığından qurtula bildilər. Kapitalist üsul idarəsinin yayılması ilə də erməni burjuaziyası formalaşmağa başladı və mövcud sosial-ekonomik münasibətlər dəyişməyə başladı. Bu proses nəticəsində formalaşan erməni elitlər köhnə azərbaycanlı elitlər ilə rəqabətə girə biləcək hala gəldilər.

XIX əsrin son onilliklərində Rusiya Zaqafqaziyasında ermənilərə qarşı düşmən münasibətinin ilkin şərtlərindən biri də yerli hakimiyyət orqanlarında müsəlman əhalinin təmsil olunmaması idi. Xüsusilə, 1870-ci il islahatına görə, qeyri-xristianlar şəhər şuralarındakı yerlərin yalnız 1/3 hissəsindən, 1892-ci ildən isə 20 faizdən çoxunu əldə edə bilməzdilər. Əslində imperiya miqyasında yəhudilərə qarşı qəbul edilmiş bu qanunlar Cənubi Qafqazdakı müsəlmanlara qarşı çevrilmişdi. Halbuki bölgədə mülklərin əksəriyyəti onlara aid idi və seçicilərin 80 faizini də onlar təşkil edirdi.

Zaqafqaziyanın Rusiyaya birləşdirilməsindən sonra mərkəzi hökumət bölgə əhalisinin mədəni homogenliyinə nail olmağa çalışırdı. Buna görə də müsəlman aristokratiyasının mövqelərini zəiflətmək üçün tədbirlər görüldü, bu məqsədlə inzibati orqanlara bölgədə əsasən ermənilər tərəfindən təmsil olunan, əsasən xristianlar təyin edildi. 1880-ci illərdən başlayaraq çar hökuməti öz siyasətini dəyişərək Zaqafqaziya şəhərlərində erməni hökmranlığını sarsıtmağa çalışdı, bunun üçün antisemit siyasətinə bənzər bir ermənifobiya siyasəti yeritməyə başladı, müsəlmanların bu şəhərlərdə hökmranlıq iddialarını təşviq etdi. Bakı və Yelizavetpol quberniyaları, bəzi hallarda isə müsəlmanların tərəfində antierməni kompaniyalarında iştirak edirlər.

Bu ziddiyyət 1905-ci il inqilabi hadisələri zamanı qarşılıqlı etnik qırğınlar şəklini almışdı. Dövlətin aidiyyatı orqanları Zaqafqaziyanın Rusiyadakı inqilabi hadisələrdən diqqətini yayındırmaq üçün millətlərarası münaqişəyə qarışmırdı və hətta onu alovlandırırdı.

1905-1906-cı illərdəki erməni-tatar qırğınının dağıdıcı maddi və humanitar nəticələri olsa da, digər tərəfdən, bu silahlı etnik qarşıdurma münaqişədə iştirak edən hər iki etnik icmanın milli kimliyinin formalaşmasına və möhkəmlənməsinə töhfə verdi. Erməni milli hərəkatının liderləri baş verənləri bir növ mənəvi qələbə hesab edirdilər, çünki özünü müdafiə etmək üçün yenidən silaha sarılan ermənilərin şüurunda türklərin məğlubedilməzliyi mifi məhv edilmişdi. Eyni zamanda, orta təbəqəyə xas olan peşə sahələrində uzun müddət üstünlük təşkil edən ermənilərə qarşı inamsızlığın artması milli Azərbaycan burjuaziyasının inkişafına təkan verdi və bu da öz növbəsində daha mütərəqqi təhsil sisteminin, bir sıra türkdilli qəzetlərin, mədəniyyət və xeyriyyə cəmiyyətləri şəbəkəsinin yaranması formalaşmasına səbəb oldu. Erməni əsilli amerikalı tarixçi Riçard Hovanisyanın da bildirdiyi kimi, 1918-ci ildə güclü ruspərəst hisslərə sahib ermənilərlə osmanlıpərəst hissələrə sahib və bölgədə yenidən müsəlmanların-türklərin hakimiyyətini bərpa etməyə çalışan Azərbaycan türkləri arasında düşmən duyğular üzə çıxdı.

Amerikalı erməni əsilli tarixçi Riçard Hovanisyanın qeyd etdiyi kimi, 1918-ci ildə ermənilərin güclü rusiyayönümlü oriyentasiyası və regionda müsəlman hegemonluğunu bərpa etmək istəyən azərbaycanlıların türkyönümlü olması fonunda düşmənçilik yenidən alovlandı. Oktyabr inqilabı və Zaqafqaziya 1917-ci ilin fevral ayında inqilab nəticəsində formalaşmış Rusiya Müvəqqəti Hökumətinin həmin ilin oktyabrında bolşeviklər tərəfindən devrilməsi nəticəsində Zaqafqaziyada vəziyyət qarışıq forma aldı. Yerli menşeviklər inanırdılar ki, aqrar bir ölkədə yerli şərtlər sosialist inqilabı üçün uyğun hala gəlməmişdir və sosializmə doğru transformasiya kapitalist inkişafın tamamlanması ilə davam etməlidir. Bolşeviklər isə əksinə, inqilabi dəyişiklikləri Rusiya imperiyasının bütün ərazisinə yaymağa çalışırdılar. Həmin dövrdə Zaqafqaziyada milli partiyalar - Azərbaycanın Müsavatı və Ermənistanın Daşnaksütyunu fəallaşdı.

Mərkəzi hakimiyyətə uğrunda gedən mübarizə fonunda Tiflisdə Zaqafqaziya Komissarlığı formalaşdırıldı. Komissarlığı ali qanunverici orqanı olan Seymə əsasən gürcülərin menşevikləri, azərbaycanlıların müsavatçıları və ermənilərin daşnakları, eləcə də iki rus nümayəndə daxil idi. Milli şuralar - Erməni Milli Şurası, Gürcüstan Milli Şurası və Azərbaycan Milli Şurası - Zaqafqaziya böyük nüfuz qazandılar. Bu şuraların nümayəndələri Komissarlıqda əsas söz sahibi idilər və onun idarə edilmə məsələsinə yön verirdilər. Komissarlıq yaradıldıqdan sonra Qafqaz Cəbhəsinin komandanı general M.A. Prjevalski yeni qurumun onun tərəfindən tanındığını bildirmiş və ordusuna yeni rəhbərliyə tabe olmaq əmri vermişdi.

Zaqafqaziya Komissarlığı öz hakimiyyətini Bakı istisna olmaqla bütün Zaqafqaziyaya yaya bilmişdi. Bakı şəhərində isə 1917-ci ilin noyabrında Sovet hakimiyyəti qurulmuşdu. Həmçinin Bakıda aylardır müsavatçılar, menşeviklər, bolşeviklər, SR-lər, daşnaklar arasında gedən mübarizə vagid idarəetmə orqanının yaradılmasına əngəl törətməkdə idi.

1918-ci ilin başlanğıcında öz ətrasfında müttəfiq və ya düşmən olmaqla fərqli qüvvələri formalaşdıran iki güc qaynağı meydana çıxdı. Sənaye mərkəzi olan Bakı bölgəni öz hakimiyyətinə almaq istəyən Sovet-bolşeviklər üçün əsas nöqtə demək idi və Zaqafqaziyanın ənənəvi mərkəzi anlamına gələn Tiflisə, yəni Komissarlığıa tabe olmamaqda qərarlı idi. Eyni zamanda anarxiya və qarışıqlıq həm Bakıda, həm də Yelizavetpolda getdikcə yayılmaqda idi. Yelizavetpolda əsl hakimiyyət Müsəlman Milli Komitəsinin əlində idi. Qarabağın dağlıq hissəsi ermənilər və azərbaycanlılardan təşkil edilmiş qarışıq şura tərəfindən idarə edilirdi. Eyni vəziyyət Şərur-Naxçıvanda da keçərli idi.

Qafqaz Cəbhəsinin dağılması və milli orduların formalaşması Qafqaz Ordusunun komandanlığı tabeliyində olan qoşunların parçalandığını və döyüş səmərəsini tamamilə itirdiyini başa düşərək cəbhədəki vəziyyəti xilas etmək üçün dərhal könüllülük əsasında milli hissələrin yaradılmasına başlamaq qərarına gəldi. 1917-ci il dekabrın 5-də (18) Osmanlı ilə Qafqaz cəbhəsində hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan barışıq imzalandı. Ertəsi gün Zaqafqaziya Komissarlığı "mümkünsə, ordunu tərxis etmək", milli hərbi birləşmələr və "bolşeviklərə qarşı mübarizəyə rəhbərlik etmək üçün xüsusi orqan" yaratmaq qərarına gəldi. Bir sıra rus bölmələrinin cəbhədən çıxarılması ilə paralel olaraq milli orduların - Gürcüstan Ordu Korpusu və Erməni Könüllülər Korpusunun yaradılması prosesi baş verdi. Dekabrda Qafqaz Cəbhəsi qərargahının təklifi ilə ayrı-ayrı hissələrin, ilk növbədə Yelizavetpoldakı (Gəncə) 219-cu Piyada Ehtiyat Alayının müsəlmanlaşdırılmasına başlanıldı. Dekabrın 18-də (31) Zaqafqaziya Komissarlığı müsəlman korpusunun daxil olduğu yeni ordunun yaradıldığını elan etdi. Qafqaz Cəbhəsi qoşunlarının baş komandanı general Prjevalskinin əmri ilə ertəsi gün rəsmi olaraq Zaqafqaziya müsəlmanları korpusunun yaradılmasına başlanıldı.

Osmanlı ilə barışıq xəbəri əsgərlərin cəbhədən kütləvi şəkildə getməsinə səbəb oldu. Zaqafqaziya Komissarlığı cəbhəni tərk etmiş bölmələri tərksilah etmək qərarına gəldi ki, bu da silahlarını təslim etmək istəməyən əsgərlər arasında son dərəcə mənfi reaksiyaya səbəb oldu. Müsəlman hərbi birləşməsini silahlandırmaq Müsəlman Milli Komitəsinin öhdəsinə verilmişdi və bu iş üçün yüksək miqdarda silah-sursata ehtiyac duyulurdu. Lakin hərbi anbarların böyük hissəsi Tiflis və Sarıqamışda yerləşirdi və müsəlmanlar silah və hərbi mal bölgüsündən uzaqlaşdırılmışdı. Buna görə də, azərbaycanlı nümayəndələr cəbhədən tərxis olub geri dönən rus döyüşçülərin tamamilə silahsızlandırılmasının ən ardıcıl tərəfdarları idilər. Bu proses 1917-ci ilin dekabrında Yelizavetpolda başladı. Yerli nüfuzlu şəxslər gürcü zabitlərin komandanlığı altında olan birinci Tatar alayından istifadə edərək 219-cu ehtiyat alayının silahlarını müsadirə etdilər. Bu alayın önəmli bir qismi erməni və ruslardan ibarət idi. Bu hərəkətlər Yelizavetpoldakı vəziyyətin hakimiyyətin və yerli hərbi komandirin nəzarətindən çıxmasına səbəb oldu.

1918-ci ilin yanvarında Tiflis-Biləcəri dəmiryolu xətti üzərindəki Dəllər, Ağstafa, Şamxor, Axtaqala və digər stansiyalarda, eləcə də Xaçmazda (Bakı-Dərbənd dəmiryolu xətti üzərində) yerli silahlı dəstələr cəbhədən geri dönən rus hərbçilərin üzərinə hücum edib silahları ələ keçirməyə çalışdılar. Ən genişmiqyaslı və qanlı toqquşma yanvarın 22-25-də (köhnə təqvimlə, 9-12) Azərbaycan silahlı dəstələrinin hücumu nəticəsində 2 minə yaxın rus əsgərinin öldürüldüyü Şəmxor stansiyasının ərazisində baş verdi. Bu toqquşma zamanı 2 min rus öldürüldü və bir neçə mini də yaralandı. 30-dan çox top, 100 pulemyot və 12 min tüfəng ələ keçirildi. V.M. Muxanovun bildirdiyinə görə, Şamxor hadisələri Zaqafqaziyada vəziyyətin tədricən anarxiyaya doğru irəliləməməsinin göstəricisi idi. Hərbi qatarlar hücumlar ilə eyni vaxtda İrəvan və Yelizavetpol quberniyalarında az qala hər gün azərbaycanlılarla ermənilər arasında irimiqyaslı toqquşmalar baş verməyə başladı, azərbaycanlı və erməni kəndlərinə ilk dəfə yanğınlar meydana çıxmağa başladı.

Zaqafqaziyadak; rejimin nümayəndəli ali qanunverici orqan; olan Seym 10 (23) fevralda toplandı və millətlərarası toqquşmaların artdığını etiraf etmək məcburiyyətində qaldı, lakin müxtəlif fraksiyaların nümayəndələrindən ibarət komissiyaların tərəfləri barışdırmaq cəhdləri uğur gətirmədi. V.M. Muxanova görə, Zaqafqaziyadakı vəziyyət əsas partiyalar tərəfindən, ya onların birbaşa, ya da dolayı yolla iştirakı ilə alovlandırılırdı. Müsavatçılar etnik və dini nifrətdən istifadə edərək Osmanlıya qarşı rəğbət aşılamaq istəyərkən, "daşnak rəhbərləri erməni birləşmələrinin yerli müsəlmanlara qarşı repressiyalarının qarşısını almadılar və bununla da özlərinə haqq qazandırdılar ki, sonuncular hərbi eşelonların hərəkətinə mane olur və erməni birləşmələri onların yolu ilə döyüşmək məcburiyyətindədir".

Həmin dövrdə Bakıda eyni zamanda müsavatçıların, daşnakların və bolşeviklərin Qırmızı Qvardiyası mövcud idi. Siyasi qarşıdurma etnik gərginliklə kəskinləşdi; şəhər yeni etnik zorakılıq ərəfəsində yaşayırdı.