Emmanuil Karalis (; ) — dirəklə tullanma üzrə ixtisaslaşmış yunan atleti.
2015-ci ildən peşəkar səviyyədə çıxış edən atlet qapalı məkanda keçirilən Dünya çempionatının bürünc medal, 2024-cü il Avropa çempionatının gümüş medal, qapalı məkanda keçirilən Avropa çempionatının gümüş medal mükafatçısı, ikiqat Balkan çempionu, dəfələrlə Yunanıstan çempionu, 2024-cü il Paris Yay Olimpiya Oyunlarının iştirakçısı. Həyatı Emmanuil Karalis 20 oktyabr 1999-cu ildə Yunanıstanın Xaniya şəhərində anadan olub. Atası yunan, anası isə uqandalıdır.
O, beynəlxalq səviyyədə ilk böyük uğurunu 2015-ci il mövsümündə Yunanıstan yığmasına qoşulduğu və Kali şəhərində keçirilən gənclər arasında Dünya çempionatında çıxış edərək dirəklə tullanmada bürünc medal qazandığı zaman əldə edib.
2016-cı ildə Tiflisdə keçirilən gənclər arasında Avropa çempionatının qalibi olub. Bıdqoş şəhərində keçirilən yeniyetmələr arasında Dünya çempionatında dördüncü olub.
2017-ci ildə Belqradda qapalı məkanda keçirilən Avropa çempionatında 11-ci yeri tutmuş, Qrossetoda keçirilən yeniyetmələr arasında Avropa çempionatında bütün cəhdləri uğursuzluqla nəticələnmiş, Londonda keçirilən Dünya çempionatında iştirak etmişdir.
2018-ci ildə Birminhemdə qapalı məkanda keçirilən Dünya çempionatında beşinci olub.
2019-cu ildə Qlazqoda qapalı məkanda keçirilən Avropa çempionatında dördüncü oldu, Qavledə keçirilən gənclər arasında Avropa çempionatında gümüş medal qazandı, Pravetsdə keçirilən Balkan çempionatında bütün rəqiblərini geridə qoydu və Dohada keçirilən Dünya çempionatında yarışdı.
2021-ci ildə Smederevoda Balkan çempionatının qalibi olub və Tallində keçirilən gənclər arasında Avropa çempionatında gümüş medal qazanıb. O, bir sıra uğurlu çıxışlar sayəsində Tokioda keçirilən Yay Olimpiya Oyunlarında ölkəsini təmsil etmək hüququ qazanıb – dirəklə tullanmanın finalında o, 5,80 metr nəticə göstərərək yarışın yekun protokolunda dördüncü olub.
2022-ci ildə Oreqonda keçirilən Dünya çempionatında və Münhendə keçirilən Avropa çempionatında dirəklə tullanma üzrə yarışsa da, hər iki yarışda finala yüksələ bilmədi.
2023-cü ildə İstanbulda qapalı məkanda keçirilən Avropa çempionatında və Krakovda keçirilən Avropa Oyunlarında gümüş medal qazanıb. O, Budapeştdə keçirilən dünya çempionatında iştirak etsə də, nəticə əldə edə bilməyib.
2024-cü ildə Qlazqoda qapalı məkanda keçirilən Dünya çempionatında bürünc medal qazanaraq, Parisdə keçirilən Yay Olimpiya Oyunlarına vəsiqə qazandı.
İstinadlar
Kateqoriya:2020 Yay Olimpiya Oyunlarında yüngül atletlər Kateqoriya:2024 Yay Olimpiya Oyunlarında yüngül atletlər Kateqoriya:Olimpiya bürünc medalına sahib Yunanıstan idmançıları Kateqoriya:2024 Yay Olimpiya Oyunları bürünc medalçıları Kateqoriya:2023 Avropa Oyunlarında medal qazananlar