Biver teryeri — Almaniya mənşəli miniatür dekorativ it növü olub, "resessiv piebald" geni daşıyan iki Yorkşir teryerinin cütləşməsi nəticəsində yaranmışdır.

Xüsusiyyətlər Biver teryeri kiçik bir it növüdür və ana növü olan Yorkşir teryerinə bənzəyir. Onun incə, düz və ipək kimi yumşaq tükləri var. Yorkşirdən fərqli olaraq, Biver teryerlərinin quyruğu ənənəvi olaraq kəsilmir və onlar iki üçrəngli kombinasiyada olur: ağ, mavi və qara və ya ağ, qara və qızılı/qəhvəyi. Bu rənglənmə "resessiv piebald" geni ilə əlaqədardır. Biever teryerlərinin çəkisi 1.8–3.6, boyu isə 18–28 sm arasında dəyişir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Teryerlər