Tibet teryeri — Tibetdən olan orta ölçülü it cinsi. Adına baxmayaraq, teryer qrupuna aid deyil. Bu cinsə "teryer" adı Avropa səyyahları tərəfindən, məlum teryer növlərinə bənzədiyi üçün verilmişdir.
Tarix 2000 il boyunca Tibet monastırlarında yetişdirilib saxlanılmışdır. Tarixən bu itlər uğur simvolu, maskot, gözətçi iti, mal-qara idarəçisi və yoldaş kimi istifadə edilirdi. Həmçinin dağ yamaclarına düşən əşyaları geri gətirmək üçün də istifadə olunurdular. İngiltərədən olan Doktor Aqnes Qreyq, 1922-ci ildə ilk Tibet Teryerini Avropaya gətirdi. Tibetdə bir xəstə üzərində uğurlu əməliyyat etdikdən sonra ona "Bunti" adlı qızılı-ağ rəngli bir balaca dişi it hədiyyə edildi. Daha sonra "Rajah" adlı bir erkək it əldə edən Aqnes, bu cinsi yetişdirməyə başladı. İlk balalar 1924-cü ildə dünyaya gəldi və "Lhasa Teryeri" kimi qeydiyyata alındı. 1930-cu ildə "Hindistan Kennel Klubu" bu cinsin adını "Tibet Teryeri" olaraq dəyişdi. ABŞ-a ilk Tibet Teryerləri 1956-cı ildə Doktor Henri və Alis Mörfi cütlüyü tərəfindən gətirilmişdi. 1973-cü ildə "Amerikan Kennel Klubu" (AKC) bu cinsi tanıdı və "İdmançı Olmayan İtlər" qrupuna daxil etdi. Tibet Teryerləri "Şitsu", "Lhasa Apso", "Tibet Spanyeli" və "Polşa Ovalıq Çoban İti" kimi növlərin inkişafına töhfə vermişdir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Teryerlər Kateqoriya:Çoban itləri