Kişu (紀州犬, Kishū Inu, Kishū-ken; yaponca tələffüzü: [kʲi̥.ɕɯꜜː i.nɯ]) — Yaponiyaya məxsus it cinsi. O, qədim cinslərdən törəmiş və hazırda "Mie" və "Vakayama" prefekturaları olaraq bilinən Kişu bölgəsinin adını daşıyır. Kişu ov zamanı hədəfi səssizcə izləyir və hürmür. Onlar bu günə qədər qaban ovunda ən çox istifadə edilən safqan yerli yapon it cinsidir.
Tarixi "Mie" və "Vakayama" prefekturalarının dağlıq bölgələrində qaban və maral ovlamaq üçün selektiv şəkildə yetişdirilmişdir. 1930-cu illərdə yapon yetişdirici Haruo İsoqai tərəfindən aparılan bir araşdırmada bütün yerli yapon it cinsləri böyük, orta və kiçik ölçülü olmaqla 3 kateqoriyaya bölünmüşdür.Taken from the Shikoku dog page Kişu Ken orta ölçülü itlər qrupuna aiddir. 1934-cü ildə Yaponiyanın canlı milli abidəsi elan edilmişdir. Cinsin ilk dövrlərində fərdlərin təxminən 70%-i ağ deyildi. Ancaq indi ağ rəng üstünlük təşkil edir. Cins çox nadir olduğundan, onu yalnız Yaponiyada görmək mümkündür.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İt cinsləri Kateqoriya:Yaponiyanın it cinsləri Kateqoriya:Yaponiya məməliləri Kateqoriya:Ov itləri