Abdullayev Əsgər Məmməd oğlu () — SSRİ və Azərbaycan futbolçusu, SSRİ idman ustası (1990). Müdafiəçi mövqeyində çıxış etmişdir.
Karyera
Klub karyerası Bütün futbol karyerasını Neftçi klubunda keçirib, lakin böyük qələbələr qazana bilməyib. "Neftçi"də 319, SSRİ Kubokunda 10, 1988-ci ildə "Neftçi"nin finala çıxdığı Federasiya Kubokunda 14 matç keçirmiş və SSRİ çempionatında 1 qol vurmuşdur. Azərbaycan çempionatında iki mövsüm keçirmişdir: 1992 və 1993/94.
Məşqçi karyerası Məşqçilik karyerasına Vaqif Sadıqovun köməkçisi olaraq işlədiyi Şəfa klubunda başlamışdır. Sonra Avropa Gənclər Çempionatının seçmə qrupunda 5-ci yeri tutan Azərbaycan gənclər komandasını çalışdırmışdır. Həm də müvəqqəti olaraq Azərbaycan milli komandasına rəhbərlik etmişdir. 2002-ci ildə Vaqif Sadıqov Azərbaycan millisinə rəhbərlik etdi və Əsgər Abdullayevi də öz köməkçiləri arasına götürdü. 25 oktyabr 2002-ci ildə Vaqif Sadıqovun istefasından sonra Əsgər Abdullayev müvəqqəti olaraq millinin məşqçisi təyin edildi; bir neçə uğurlu matçdan sonra, 17 may 2003-cü ildə Əsgər Abdullayev rəsmi olaraq Azərbaycan milli komandasının baş məşqçisi olaraq təsdiqləndi. Əsgər Abdullayevin rəhbərliyi altında Azərbaycan milli komandası Serbiya yığması ilə səfərdə heç-heçə etdi, evdə isə Serbiya yığmasını məğlub etdi və buna görə komandanın baş məşqçisi "Serb Cəlladı" ləqəbini aldı". Braziliyalı Karlos Alberto Torres milli komandaya baş məşqçi təyin olunduqdan sonra onun köməkçisi işləmişdirForumun stenoqramı "ЭХО" qəzetinin saytında 21 aprel 2004 .
2005-ci ildə Bakı klubuna baş məşqçi təyin edildi və ilk mövsümdə komanda ilə Azərbaycan kubokunu qazandı, lakin növbəti mövsüm çempionat autsayderi — Göyəzən klubu ilə heç-heçə etdikdən sonra istefa verdi. Elə həmin mövsüm "Bakı" ölkə çempionu oldu. 1 iyun 2006-cı ildə vəzifəsindən uzaqlaşdırılan Petar Kurçibiçin yerinə Olimpik-Şüvəlan klubunun baş məşqçisi təyin edildi. Klub autsayderini Azərbaycan futbolunun liderlərindən birinə çevirə bildi. 2008-ci ildə Olimpik ilə Azərbaycan çempionatında gümüş medal qazandı. Bu uğurdan sonra Azərbaycanda mövsümün ən yaxşı məşqçisi kimi tanındı.
Nailiyyətlər
Komanda Azərbaycan çempionu: 1992 Azərbaycan Kubokunun qalibi: 2005
Şəxsi Azərbaycanda ilin futbol məşqçisi: 2008
İstinadlar
Kateqoriya:SSRİ futbolçuları Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Neftçi PFK məşqçiləri Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan futbol məşqçiləri Kateqoriya:Bakı FK məşqçiləri Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:SSRİ Yüksək Liqası futbolçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının məşqçiləri Kateqoriya:SSRİ idman ustaları Kateqoriya:SSRİ idman ustaları Kateqoriya:Bakılı futbolçular Kateqoriya:Azərbaycan Premyer Liqası məşqçiləri