Kiçik xallı ağacdələn () — Kiçik xallı ağacdələn və ya yaşılbel ağacdələn Ağacdələnlər fəsiləsinə aid quş növü. Ümumi məlumat Bu növ ağacdələn Mərkəzi Afrikanın geniş tropik ərazilərində yayılıb. Geniş yayılma sahəsinə malikdir və nadir bir növ hesab edilir. . Taksonomiya Kiçik xallı ağacdələnin üç yarımnövü var: "C. c. nyansae" (Neumann, 1900) – Keniyanın cənub-qərbi və Efiopiya, şimal-qərbi Tanzaniyadan şərqi Konqo Demokratik Respublikasına, şimal-şərqi Anqolaya və şimali Zambiyaya qədər yayılıb; "C. c. cailliautii" (Malherbe, 1849) – Cənubi Somalidən şimal-şərqi Tanzaniyaya qədər yayılıb; "C. c. loveridgei" (Hartert, E.), 1920 – Mərkəzi Tanzaniyadan Mozambikə qədər yayılıb; "Permista" yarımnövü, 2022-ci ildə "Beynəlxalq Ornitoloji Konqresi" tərəfindən oxşar lələk naxışına görə kiçik yaşıl ağacdələn ("C. maculosa") növünə aid edilib.
Təsviri Kiçik xallı ağacdələn təxminən 16 sm (6,3 düym) uzunluğa qədər böyüyür. Erkəyin başının təpəsi qırmızıdır və qara ləkələrlə örtülüdür, boynunun arxa hissəsi parlaq qırmızıdır. Dişinin başının təpəsi qaradır və ağ ləkələrlə örtülüdür, boynunun arxa hissəsi qırmızıdır. Hər iki cinsin üst hissəsi yaşıldır və krem və ya sarı ləkələrlə örtülüdür, alt hissəsi isə açıq qəhvəyi və ya ağ rəngdədir və qara ləkələrlə örtülüdür, yan tərəfləri qara zolaqlıdır. Quyruq yaşıldır, lələklərinin əsası qəhvəyi rəngdədir. Göz üstü zolağı ağdır, göz ətrafı boz, gözün iris hissəsi qəhvəyi, dimdiyi boz və ucu qara, ayaqları və pəncələri isə boz və ya zeytun rəngdədir. Cavan fərdlər dişilərə bənzəyir, lakin boynun arxa hissəsində az qırmızı rəng ola bilər.
Yayılması və yaşayış mühiti Kiçik xallı ağacdələnə Anqola, Burundi, Kamerun, Mərkəzi Afrika Respublikası, Konqo Respublikası, Konqo Demokratik Respublikası, Ekvatorial Qvineya, Efiopiya, Qabon, Qana, Keniya, Malavi, Mozambik, Nigeriya, Ruanda, Somali, Sudan, Tanzaniya, Toqo, Uqanda, Zambiya və Zimbabvedə rast gəlinir. Yaşayış mühiti yayılma sahəsinə görə dəyişir. Belə ərazilər əsasən nəm və ya quru meşələr, qalereya meşələri və ya su basmış meşələr, kolluqlar, savannalar, sahil meşələri, palma yağı plantasiyaları, bağlar və ya ağaclı kəndlərdir. O, əsasən düzənlik quşudur, lakin 2,100 metr (6,900 fut) yüksəkliyə qədər olan ərazilərdə də rast gəlinir.
Qida rasionu Kiçik xallı ağacdələn əsasən qarışqa və termitlərlərlə qidalanır. O, yemlərini ağaclarda tapır. Tez-tez cüt-cüt yem axtarır və ya digər quş növləri ilə qarışıq kiçik qruplar təşkil edir.
İstinadlar
Xarici keçidlər (Green-backed woodpecker = ) Little spotted woodpecker - Species text in The Atlas of Southern African Birds